Prezident Aparatının rəsmisi : "Passiv təhsildən aktiv təhsilə keçid 2030-cu ilə qədər yekunlaşmalıdır"

 

Qlobal informasiya mühitində insan kapitalı iqtisadi tərəqqi və inkişafın əsas hərəkətverici qüvvələrindən biri hesab olunur. Bu gün insan kapitalına investisiya dövlətin ən gəlirli investiyalarından biri hesab edilir. Uzunmüddətli perspektivdə insan kapitalı sosial kapitala çevrilir. Bu isə öz növbəsində iqtisadi inkişafa gətirib çıxarır.

Sozcu.info  xəbər verir ki, bunu Prezident Adminstrasiyasının Qeyri-hökümət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavını Səadət Yusifova "Yeni imtahan modeli: islahatlar, nəticələr gözləntilər" mövzusunda konfrasda deyib.

Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə öz çıxışlarında qeyd edib ki, iqtisadiyyatı irəli aparan, ölkənin uğurunu nümayiş etdirən onun təbii ehtiyatları deyil, insanları, təhsili, əhalisinin intelektual səviyyəsidir: "Bilikli, savadlı, vətənə bağlı, dünyaya açıq gənclik müstəqilliyin başlıca təminatıdır. Müasir dünyada bilik və yeni texnologiyalar olmasa, uğur qazanmaq mümkün deyil. Bu gün qlobal anlamda nəsillərin dəyişməsi prosesi gedir. Artıq internetsiz dünyanı təsəvvür edə bilməyən "Zed nəsli" yetişir. Bu nəsil qloballaşma və postmodernizm dövrünü təmsil edən ilk rəqəmsal nəsildir. Onların həyata və dünyaya baxışları internetə qədərki dövrün nəsillərindən köklü sürətdə fərqlənir. Onlar üçün internetdən və rəqəmsal texnologiyalardan istifadə sadəcə həyat tərzidir. Onların təhsilə münasibəti, özlərini ifadə üsulları da köklü fərqlənir. Bu isə təbii olaraq təhsil sistemində də köklü dəyişiklilləri, yeni yanaşmaları şərtləndirir".

S.Yusifova qeyd edib ki, bu baxımdan sabahın təhsil sistemi rəqəmsal iqtisadiyyatın inkişafına, yeni orta sinfin formalaşmasına yönələcək: "Artıq bu gün gələcəyin bilik cəmiyyətinə xas olan təhsil sisteminin əlamətləri özünü göstərir. Müasir texnologiyaların tətbiqi, yeni hədəflər, təhsil müəssisələrində çevik təhsil mühitinin formalaşdırılmasını, təhsilin adi xidmətə çevrilməsini, təhsilin fərdləşməsini, biliklərin qiymətləndirilməsini və süni intelektdən isitifadəni şərtləndirir. İstənilən vaxt, istənilən yerdə ucuz və keyfiyyətli, kütləvi təhsili əlçatan edən onlayn və distant təhsil ən vacib kəşflərdən biri hesab olunur".

S.Yusifova bildirib ki, passiv təhsildən aktiv təhsilə keçid 2030-cu ilə qədər yekunlaşmalıdır və bu tipik təhsil modelinə çevriləcək: "Qarışıq və mobil təhsil gələcəyin ali təhsil müəssisələrinin rəqabət qabiliyyətliliyini və uğurunu müəyyənləşdirən əsas faktorlardan biri olacaq. Böyük həcmdə informasiyanın əlçatan olması, informasiya ilə işləmək və onu seçmək vərdişi tənqidi düşüncənin inkişaf etdirilməsini tələb edəcək. İnformasiya və texnoloji fonun sürətli dəyişməsi nəticəsində təhsil fasiləsiz xarakter alacaq. "Big data"ların toplanması təhsildə fərdi yanaşmanı gücləndirəcək və tanış təhsil formatları yeniləri ilə əvəz olunacaq, diplomları fərdi səlahiyyət profilləri əvəz edəcək, biliklərin qiymətləndirilməsi üçün testlər aktuallığını itirəcək. Onları vərdiş və müəyyən səlahiyyətlərinin olmasını təsdiq edən qiymətləndirmə və sertifikatlaşdırma üzrə internet sistemləri əvəzləyəcək. Bilik verən müəllimləri təhsildə motivasiya verən, vərdişləri ötürən mentorlar əvəz edəcək. Biliklərin inteqrasiyası və tətbiqi təcrübəsinə keçid baş verəcək".

PA rəsmisi bildirib ki, gələcək təhsil işə götürənlər işə götürülənlər arasında distansiyanı da aradan qaldıracaq: "Təhsil xidmətləri bazarı isə daha çevik olacaq. Akademik və texnoloji mühitin sintezi baş verəcək. Böyük koorporasiyalar dövlətin vasitəçiliyi olmadan müəyyən peşə və vərdişləri sifariş verəcək. Kollektiv internet tələb olunan təşkilatlar peşəkar birliklər yaratmaqla ənənəvi universitetlərə rəqabət təşkil edəcək. Yeni transmilli əmək bazarı formalaşacaq. Gələcəkdə elektronika fizika, biokimya proqramlaşdırma sahələrinə təlimat olacaq. Data mühəndislik, big data mütəxəssisləri, data elmi üzrə kadrlar, kvant alqoritmləri üzrə mütəxəssislər, nylon şəbəkələri memarları kimi peşələr gəkəcəkdə adi məhfumlara çevriləcək. Zamandan asılı olmayaraq yaradılıcıq və kreativlik tənqidi düşüncəyə emisional intelektə ömür boyu öyrənmək bacarığına ehtiyac olacaq".

S.Yusifova bildirib ki, rəqəmsal iqtisadiyyatın inkişafı ilə əlaqədar təhsil sahəsində dövlətin rolu azalmaq istiqamətində gedəcək: "Lakin iqtisadi potensialını gücləndirməyə hədəfləyən dövlətlər insan kapitalının formalaşmasında aparıcı rolunu qoruyub saxlamalıdır. Dövlət özəl sektor əməkdaşlıqda əsasən sürətli texnoloji dəyişikliklərə adaptasiya olunmuş çevik təhsil infrastrukturunu formalaşdırmalı, cəmiyyətin kövrək təbəqləri üçün təhsil əlçanatanlığını təmin etməli, daxili və qlobal bazarda rəqəbət qabiliyyətli təhsil xidmətləri göstərənlərin meydana çıxması üçün şərait yaratmalıdır. Bu baxımından təhsil sistemi dəyişikliklərə və texnologiyaların inkişafına adaptasiya olmalı, gələcəyin çağırışlarına çevik reaksiya verməlidir".

PA rəsmisi qeyd edib ki, təhsil sistemində xüsusi ilə qəbul imtahanlarında rəqəmsal texnologiyalardan istifadə ilə bağlı Azərbaycanın böyük təcrübəsi var: "Azərbaycan bu sahədə MDB məkanında pionerdir. Azərbaycanın təhsil sistemində texnoloji yeniliklərin, innovatov prinsiplərin tətbiqi, biliklərin qiymətləndirilməsi mexanizmləri daha da təkminləşdirilməsi dinamik xarakter daşıyır. Azərbaycanın müasir təhsil sistemi yaddaş məktəbindən təfəkkür məktəbinə keçidi özündə ehtiva edir. Buraxılış və qəbul imtahanlarında yeniliklər də məhz bu konteksdə nəzərdən keçirilməlidir. Sosial Tədqiqatlar Mərkəzinin ictimai rəyin öyrənilməsində ixtisaslaşmış qurum kimi buraxılış və qəbul imtahanlarında bu il tətbiq olunan yeni modelin effektivlik və səmərəlik dərəcəsini, cəmiyyətin bu yeniliklərə münasibətini araşdırmaq üçün ictimai rəy sorğusu keçirib. Yeni qiymətləndirmə modelinin cəmiyyət tərəfindən necə qəbul edilməsi ilə yanaşı, həm də qərarvermə prosesinə tədris proqramlarının metodologiya tətbiqinə də təsir göstərəcək. Yeni metodların axtarışı innovasiyaların tətbiqi sabahın bilik cəmiyyətinə daha da yaxınlaşmasına imkan verəcək. Texnologiyalar çox sürətkə dəyişir. 5-10 ildən sonra hansı yeniliklərin olmasını proqnozlaşdırmaq çətindir. Gələcək əslində bu gün bizim necə öyrətdiyimiz və necə öyrəndiyimizlə formalaşır. Gələcəyin təhsili qadjetlərlə, smartfonlarla, tətbiqlərlə, proqramlarla deyil, yaradıcılıq potensialı proitetlərlə tənqidi düşüncə ilə müəyyən ediləcək".



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}