Borçalı İctimai Cəmiyyətinin tarixində yeni bir dönəm başlayır

 

Borçalı İctimai Cəmiyyətinin 25 iyun Konfransından ötən dövr ərzində sabiq sədr Zəlimxan Məmmədlinin toplantı iştirakçılarının iradəsini, mövqeyini şübhə altına almaq cəhdlərinə nəhayət ki, son qoyuldu. Ədliyyə Nazirliyi bu gün Borçalı İctimai Cəmiyyətinin 25 iyun Konfransının qərarlarının hüquqi qüvvəsini təsdiq edib və tarixçi alim Kərəm Məmmədlinin sədrliyi ilə formalaşmış yeni rəhbərliyinin ligitimliyini təsdiq edib. Ümid edirik ki, Zəlimxan Məmmədli bundan sonra özünü Borçalı İctimai Cəmiyyətinin sədri kimi təqdim etməkdən əl çəkəcək. Əks halda onun bu əməlinə hüquqi qiymət verilməsi gündəmə gələcək. Çünki, belə hal Azərbaycan qanunvericiliyində cinayət əməli sayılır.

 

Xatırladaq ki, 25 iyunda Beynəlxalq Mətbuat Mərkəzinə toplanan borçalılar sədr Zəlimxan Məmmədlinin fəaliyyətindən narazılıqlarını ifadə edərək, onun vəzifədən alınmasını səsə qoyublar: 

"Təşkilat üzvləri Zəlimxan Məmmədlini cəmiyyəti düzgün idarə edə bilməməkdə, siyasətə alət etməkdə və sair məsələlərdə ittiham edərək, onun sədr vəzifəsindən uzaqlaşdırılmasını vacib sayıblar. Çox təəssüf ki, Zəlimxan Məmmədli iclasa çağırılsa da, gəlmədi. Uzun müzakirələrdən sonra yeni sədrin seçilməsi gündəliyə qoyuldu".

Borçalı İctimai Cəmiyyətinin tarixində yeni bir dönəmin başladığı 25 iyin Konfransının qərarlarından bəlli idi. İndi bu dönəm rəsmən başlayır. Uğurlu olsun!

Sozcu.info 

 

Borçalı İctimai Cəmiyyətinin tarixində yeni bir dönəm başlayır

Borçalı İctimai Cəmiyyətinin tarixində yeni bir dönəm başlayır

 


 

 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}