Bakı Şəhər Baş Polis İdarəsi "Təzadlar"ın yazısına cavab verdi

 

Vətəndaş Nizami Həsənovun "Tezadlar.az" informasiya portalında dərc olunmuş "27-ci polis bölməsində rədd olunan cinayət işi" sərlövhəli müraciətinə Bakı Şəhər Baş Polis İdarəsində (BPİ) baxılıb.


Bu barədə Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, vətəndaşın müraciətində qeyd olunan halların tam və hərtərəfli araşdırılması məqsədilə o, Baş İdarəyə dəvət olunaraq, araşdırmanın nəticələri barədə məlumatlandırılıb.

E.Hacıyev vurğulayıb ki, vətəndaşı narahat edən hallar, o cümlədən müraciətdə vurğulanan xüsusatların hər biri nəzərdən keçirilərək müvafiq polis bölməsində aparılan araşdırmanın hüquqi nəticələri diqqətə çatdırılıb: "Vətəndaş məmnunluğunun təmin olunması üçün tərəflərin hüquq və vəzifələri nəzərə alınaraq, prosessual qanunvericiliyin tələblərinə əsasən material üzrə iş yenidən araşdırmaya qaytarılıb".



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}