“Siz Mehriban xanımla birgə Azərbaycanı uğurlara aparırsınız!” - Deputatlardan Prezidentə TƏBRİK

“Siz Mehriban xanımla birgə Azərbaycanı uğurlara aparırsınız!” - Deputatlardan Prezidentə TƏBRİK

 

Bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyevin doğum günüdür. Ölkə başçısının 58 yaşı tamam olur.


Prezidenti təbrik edəklər sırasında V çağırış Milli Məclisin deputatları da oldu. Təbriklərini Modern.az-la bölüşən deputatlar ölkə başçısına can sağlığı, uzun ömür arzulayıblar.


Aqil Abbasın sözlərinə görə, tariximizin yeni dövr səhifəsində böyük hərflərlə müasir Azərbaycanın inkişaf strategiyası qeyd olunub. Bu inkişafın rəhbəri, müəllifi və onu əzmlə davam etdirən Prezident İlham Əliyevdir:


"Ulu öndərimizin layiqli davamçısı olan cənab Prezidentimiz özünü həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda gerçəkləşdirdiyi, həyata keçirdiyi layihələrlə, fəaliyyət proqramı ilə birmənalı şəkildə hər kəsə göstərir ki, o, bu kursun memarına layiq bir ölkə rəhbəridir. Bu mənada biz son 15 ilin tarixini gözdən keçirəndə dediklərimizin birbaşa şahidinə çevrilirik”.


A.Abbas vurğulayıb ki, bu gün Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ və işğal edilmiş torpaqlarımızın taleyi, qaçqın-köçkün məsələsi Prezidentin daim diqqət mərkəzindədir:


"Heç də təsadüfi deyil ki, hər birimizin Prezidenti olan cənab İlham Əliyev özünün 50 illik yubileyini Ağcabədidə - Taxtakörpüdə məcburi köçkünlərlə qeyd etdi. Həmişə öz sadəliyi, səmimiyyəti və qətiyyətilə seçilən ölkə rəhbəri yürütdüyü xarici siyasətdə də əzmkarlığını dəfələrlə nümayiş etdirib. Onun beynəlxalq tədbirlərdə etdiyi çıxışlar "Türkiyə prezidenti burada yoxdur, mən buradayam!” – deyərək Türkiyənin mövqeyini birmənalı müdafiə etməsi Ermənistanın işğalçı siyasətini təkzibedilməz sübutlarla dünyaya çatdırması bugünkü Ermənistan rəhbərliyini, xüsusilə Paşinyanı dəfələrlə yerində oturtması təkcə bizim yox, həm də dünyanın gözləri qarşısında baş verib”.


A.Abbas:



"Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, görülən işlərdə cənab Prezident, Sizə ən böyük dəstək ölkənin birinci xanımı, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevadan gəlib. Məhz Mehriban xanım Əliyevanın hər bir azərbaycanlı üçün gördüyü işlər böyük Azərbaycanımızın çiçəklənməsi yolunda Sizinlə həmfikir olmasına əyani sübutdur. Siz birlikdə Azərbaycanımızı uğurlara aparırsınız!” – deyə əlavə edib.


Vahid Əhmədov Prezident İlham Əliyevlə çox görüşlərinin olduğunu xatırladıb:


"Amma onu ad günündə şəxsən təbrik etmək şansım olmayıb. İnternet vasitəsilə prezidentin ad gününü təbrik etmişəm.

Qubada bir neçə dəfə görüşlərimiz olub, müzakirələr aparmışıq. O, intellekt səviyyəsi çox yüksək olan ziyalıdır. Dinləməyi bacaran, bütün məsələlərə diqqətlə yanaşan şəxsiyyətdir. Prezidentlə təmasda olduqda insan daha çox ona qulaq asmağa can atır. Bilirsiniz, rəhbər vəzifələrdəki şəxslərin əksəriyyətinin qulaq asmaq vərdişi olmur. Amma ölkə başçısı əksinə, daha çox şərait yaradır ki, insan onunla rahat danışıb, problemlərini dilə gətirə bilsin. İstənilən halda, o, Azərbaycanın dövlət başçısıdır. Hər kəs prezidentlə danışdıqda, hətta bəzi məsələləri də qaldırdıqda çalışır ki, problem yüksək səviyyədə həllini tapsın. Hesab edirəm ki, İlham Əliyev kifayət qədər aktiv, təcrübəli dövlət başçısıdır. 16 ildir Azərbaycana rəhbərlıik edir. Əhalinin həyat şəraitinin yaxşılaşdırılmasında, dövlətin müstəqilliyinin qorunub, saxlanmasında və digər məsələlərdə əməyi böyük olan şəxsdir. Düzdür, təbriklərimi internet vasitəsilə ünvanlamışam. Amma sizin sayt vasitəsilə yenidən təbrik edirəm, can sağlığı, uzun ömür, ailə səadəti arzulayıram”.


Tahir Mirkişili isə Prezident İlham Əliyevi bu cür xarakterizə edib:


"Prezident İlham Əliyev XXI əsrin liderlərindən biridir. Cənab İlham Əliyev gələcəkdəki imkan və təhlükələri görərək, bu gün ona uyğun fəaliyyət göstərir. Bu xüsusiyyət əsl liderlərə xasdır. Onun idarəçilik metodları, cəsarətli addımları, güclü siyasi iradəsi, humanizm siyasəti Prezidenti bütün digər liderlərdən fərqləndirir. Cənab İlham Əliyevin əsas güc mənbəyi xalqın sevgisi və inamıdır. Bu ümdə hissləri o, öz fəaliyyəti və əməlləri ilə qazanıb və bu sevgi daimidir. Onun Azərbaycan xalqı qarşında ən böyük xidmətlərindən biri xalqın başının aşağı əyilməsinə imkan verməməsidir. Sürətli inkişaf, güclü sosial dəstək, güclü ordu, gələcəyə inam, gözəl ailə başçısı, müstəqil siyasi iradə və dünyada nüfuz sahibi olmaq - bütün bunlar cənab İlham Əliyevi səciyyələndirən əsas əlamətlətdəndir. Mən dövlət başçısına uzun ömür və möhkəm can sağlığı arzu edirəm ki, xalqımız üçün ümdə arzularını yerinə yetirə bilsin. Tanrı onu qorusun!”.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}