NƏRMİNİN QƏTLİ İLƏ BAĞLI TÜKÜRPƏDƏN YENİ DETALLAR - Qatil hadisəni kameraya çəkib

 

10 yaşlı Nərmini öldürməkdə təqsirli bilinən İlkin Süleymanov Bakıya gətirilib."News24.az" xəbər verir ki, onun işi Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə verilib.

Dindirilmə zamanı Nərmini necə saxladığını və ona nələr etdiyini açıqlayıb. Müəyyən edilib ki, Nərminin günlərdir saxlanıldığı yer natəmiz və soyuq olub.

İstintaq zamanı Nərmini yandırdığı benzin qabı aşkar edilib. Məlum olub ki, benzinin hamısı istifadə edilməyib. Ölüm səbəbi isə başının arxasından aldığı daş zərbəsi ilə olub. Sonda isə yandırılıb. Yandırılarkən də videoya çəkilib.

Xatırladaq ki, hadisə noyabrın 21-i gecə saatlarında baş verib. Axşam saatlarında qonşuluqdakı toya hazırlıq gedib. Babası ondan evə gedib gödəkcəsini gətirməsini istəyib. Bundan sonra ondan heç bir xəbər alınmayıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}