Xoşqədəm Hidayətqızı Rauf Arifoğlunu dəstəklədi : “Seçəcəyiniz millət vəkiliniz Rauf Arifoğlunun yanında olacam” - VİDEO

 

Tanınmış telejurnalist Xoşqədəm Hidayətqızı Xətai rayon 35 saylı 3-cü seçki dairəsindən deputatlığa namizəd Rauf Arifoğlunu dəstəkləyib.

O, bildirib ki, həmkarı R.Arifoğlunun deputatlığa namizəd olduğunu eşidəndə buna çox sevinib: "Eşidəndə ki, həmkarım, "Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu parlament seçkilərində iştirak etmək qərarı verib və namizədliyini irəli sürüb, mən buna çox sevindim. Birincisi, ona görə ki, parlamentdə jurnalistlərin sayının çox olmasını istəyirəm. Bu, bizim medianın qarşılaşdığı problemlərin həlli, eyni zamanda rastlaşdığımız və işıqlandırdığımız yüzlərlə problemin parlamentdə qaldırılması üçün addımların atılmasında jurnalistlər daha çox fəallıq edəcəklər. Ona görə də mən bu xəbərə çox sevindim.

Rauf Arifoğlunu peşəkar baş redaktor kimi, media adamı kimi tanıyıram. Eyni zamanda onu bir dost, çətin anın dostu kimi tanıyıram. Çox sevinirəm ki, o, 35 saylı Xətai üçüncü seçki dairəsindən namizədliyini irəli sürüb. Ona görə o dairənin seçicilərinə söyləmək istəyirəm ki, sizin problemlərinizin işıqlandırılmasında, həllində mən də Rauf Arifoğluna dəstək verəcəm. Çünki onun deputat seçilməsinin tərəfdarıyam, dəstəkləyirəm.

Seçicilərə də buradan səslənirəm ki, mən təbliğat kampaniyası başlayan kimi sizinlə görüşə də gələcəm. Tək Rauf Arifoğlu yox, mən də o dairədə sizə nə lazımdırsa, sizin səs verəcəyiniz, seçəcəyiniz millət vəkiliniz Rauf Arifoğlunun yanında olacam. Ona da uğurlar arzu edirəm. Ümid edirəm ki, bu seçkilərdə qələbə qazanacaq. Mediada yüzlərlə uğuru var. O, uğurlu media adamıdır. Gəlin arzu edək ki, seçkidə də uğurlu bir kampaniya aparsın və parlamentdə bizim mediamızı təmsil etsin”.


 


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}