Siyasi məhbus məsələsi Avropa Şurasında - Bakıdan reaksiyalar

 

Ekspertlər deyir ki, parlament seçkiləri ərəfəsində bu məsələni yenidən gündəmə gətirmək təzyiq xarakteri daşıyır"

"Avropa Şurası bu gün böhran vəziyyətindədir”. Sozcu.info xəbər verir ki, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

"Bu gün AŞ PA-nın qış sessiyası zamanı 8 ölkənin nümayəndə heyətinin səlahiyyətinə etiraz edildi. Bu, o deməkdir ki, biz bu gün böhran vəziyyətindəyik. Bizim Ermənistandan olan həmkarlarımız Azərbaycan haqqında burada birmənalı fikirlər söyləyirlər. Başqa ölkənin torpaqlarını işğal edən, qırğınlara yol verən, qadın və uşaqları qətlə yetirən bir ölkənin nümayəndələri hansı haqla belə bəyanatlarla çıxış edirlər”, - o qeyd edib.

S.Seyidov fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyini və AŞ PA nümayəndə heyətinin seçkiləri müşahidə etmək üçün dəvət olunduğunu xatırladıb.

S.Seyidovun açıqlamaları ilə eyni vaxtda, yəni yanvarın 27-də Strasburqda "Avropa Şurasında böhran: Azərbaycanda əbədi siyasi məhbuslar məsələsi” mövzusunda müzakirələr aparılıb. Tədbiri Reportyorların Azadlıq və Təhlükəsizlik  İnstitutu (RATİ) təşkil edib. Müzakirələr zamanı Azərbaycanda siyasi məhbuslarla bağlı vəziyyətdən yaxşı məlumatı  olan bir qrup ekspert siyasi məhbus və vicdan məhbusları məsələsinə toxunub, - "Turan”ın xüsusi müxbiri Strasburqdan məlumat verib.

RATİ-nin icraçı direktoru Emin Hüseynov bildirib ki, Azərbaycanda siyasi məhbuslar  problemi 1990-cı illərdən davam edir. O, AŞ PA-nın siyasi məhbuslarla bağlı islandiyalı deputat Torhildur Sunna Evarsdottirin hazırladığı Azərbaycanda siyasi məhbuslara dair hesabatın əsasında qətnaməni  qəbul etməsini vacib sayıb.

AŞ PA-da bu məsələnin müzakirəsi yanvarın 30-da olacaq.

E.Hüseynovun çıxışında Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə yönəlik çağırış da yer alıb. Tədbirdə  çıxış edən AŞ PA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Evarsdottir REAL-ın rəhbəri "İlqar Məmmədovun işi”nə xüsusi diqqət yönəldib. O deyib ki,  Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) İ.Məmmədovla bağlı qərarları  tam icra olunmayıb.

İ.Məmmədov   öz çıxışında qeyd edib ki, Azərbaycanın AİHM-in qərarlarını və təşkilat qarşısındakı öhdəliklərini yerinə yetirməməsi  Avropa Şurasında böhran yaradıb.

Siyasi məhbus məsələsinin indiki vaxtda gündəmə gətirilməsini ekspertlər təsadüfi saymırlar. Eyni zamanda S.Seyidovun dedikləri ilə bağlı fərqli mövqelər səsləndirilir.

Siyasi şərhçi Elçin Mirzəbəyli ile ilgili görsel sonucu

Siyasi şərhçi Elçin Mirzəbəyli "Yeni Müsavat”a bunları dedi: "Fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkiləri ərəfəsində ”siyasi məhbus" məsələlərinin yenidən gündəmə gətirilməsi təzyiq xarakteri daşıyır. Qeyd edim ki, beynəlxalq hüquqi sənəd sayılan heç bir beynəlxalq konvensiyada "siyasi məhbus” anlayışı yoxdur. Hətta insan hüquqları ilə bağlı əsas istinad mənbəyi olan "Vətəndaş və siyasi hüquqlar haqqında” Pakt və "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın özündə də "siyasi məhbus” anlayışı ilə bağlı konkret termin və müəyyənləşdirmələr yoxdur. Yalnız Beynəlxalq Amnistiya kimi qlobal güclərin əlində yumşaq güc aləti funksiyasını yerinə yetirən təşkilatlar "siyasi məhbus” anlayışını öz maraqlarına və strateji məqsədlərinə uyğun şəkildə tövsif edirlər. Avropa Şurası Parlament Assambleyasının bununla bağlı 2012-ci ildə qəbul etdiyi 1900 saylı qətnaməsi var. Qətnamədə qeyd olunur ki, bir sıra təşkilatlar, siyasətçilər və vətəndaş cəmiyyəti təmsilçiləri tərəfindən geniş istifadə olunan belə terminlərlə bağlı aydın və dəqiq müəyyənləşdirmə aparılmalıdır. 1900 saylı qətnamə tövsiyə xarakterlidir və "siyasi məhbus” anlayışının dəqiq sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı normativ hüquqi aktların qəbul edilməsi quruma üzv olan ölkələrin öhdəsinə buraxılır. Nəinki Azərbaycanın, hətta Avropa məkanına daxil olan ölkələrin qanunvericilik aktlarında belə dəqiq sərhədləri müəyyənləşdirilməmiş bir siyasi terminin hüquqi anlayış kimi ifadə olunması hüquqi məntiqsizlikdir. Avropa Şurasının böhran vəziyyəti yaşadığı barədə Səməd Seyidovun fikirlərini bölüşürəm. Bu böhran artıq uzun illərdir ki, davam edir. Əks təqdirdə, üzv dövlətlərdən birinin ərazilərini işğal edən, 1 milyon insanı öz daimi yaşayış yerlərindən didərgin salan Ermənistan insan hüquq və azadlıqlarını kütləvi şəkildə pozduğuna görə Avropa Şurası Parlament Assambleyasından uzaqlaşdırılmalı, bu ölkəyə qarşı beynəlxalq təcrid siyasətinin həyata keçirilməsi üçün müvafiq addımlar atılmalıydı. İnsan hüquq və azadlıqları kompleks anlayışdır. Bu anlayışların ayrı-ayrı ölkələrin geosiyasi maraqlarına uyğun şəkildə yozulması beynəlxalq hüquqi dəyərlərin gözdən salınmasına, insan hüquq və azadlıqlarının qorunması ilə bağlı mexanizmlərin sıradan çıxarılmasına gətirib çıxarıb. Məhz bu səbəbdən də artıq dünyada heç bir ölkə Avropa Şurası kimi təşkilatlara etimad göstərmir, regional və qlobal problemlərin müzakirəsi üçün geosiyasi və korporativ maraqların yer almadığı platformalarda iştiraka üstünlük verir".

Novella Cəfəroğlu: ile ilgili görsel sonucu

Novella Cəfəroğlu: "3-5 nəfərin hazırladığı siyahını qəbul edib, müzakirəyə çıxarmaq qətiyyən yolverilməzdir”

İnsan Haqları üzrə Birgə İşçi Qrupunun rəhbəri Novella Cəfəroğlu hər iki tərəfi günahkar sayır: "Səməd Seyidov bir tərəfdən haqlı, digər tərəfdən haqsızdır. Biz əvvəldən demişdik ki, siyahımızda az siyasi məhbus qalıb, bunu azad edin ki, kimsə bir söz deməsin. Bununla bağlı bir neçə dəfə müraciət etmişik. Bizimkilər yaxşı başa düşməlidirlər ki, danışıqlarla hər şeyi həll etmək olmaz. Siz bilirsiniz ki, Azərbaycan hökumətinə nə qədər təzyiqlər olubsa, həmin vaxt onlar heç kəsi azad etməyiblər. İndi ortaya 120 nəfərlik siyasi məhbus qoyanlar var. Bunların hamısını bir-bir Avropa Şurasında demişik. Bu sayda siyasi məhbusun olmadığını bildirmişik. Sayın 30-a yaxın olduğunu qeyd etmişik. Bu gün bu məsələni qaldırmaq düzgün deyildi. Qarşıdan seçkilər gəlir. Ondan sonra məsələnin qabardılması ən doğrusu olardı. Yoxsa 3-5 nəfərin hazırladığı siyahını qəbul edib, müzakirəyə çıxarmaq qətiyyən yolverilməz haldır. O siyahılarda elə şəxslər var ki, birbaşa Qasım Süleymani ilə bağlı olan insanlardır. Biz onları siyasi məhbus kimi qəbul edə bilmərik. Biz hökumətə demişdik ki, seçkilərdən qabaq siyasi məhbusları azad edin. Onlar bilə-bilə ki, bu məsələ Avropa Şurasında müzakirə olunacaq, bunu etmədilər. Burada hər iki tərəf də günahkardır”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}