Diqqət! Hədəfdə Borçalıdır!

 

Mənim BORÇALI davam

İnsanın daha çox sevdiyi bir yer haqqında dilimizdə gözəl bir ifadələr var : "Elə bil göbəyin basdırılıb ” və ya "Elə bil bura dədəyin başı basdırılıb” ... Görünür Borçalıma hədsiz bağlılığımın 1-ci səbəbi budur. Ağlım kəsməyə başlayanda o zaman texnologiyanın ən böyük yeniliyi olan radioda eynən danışdığım dildə danışanları eşitdim. Məlum oldu ki bu dildə danışan Bakı, gündə bir dəfə saat 19.30-dan 20.00-a qədər Tiflis və Təbriz radioları imiş. Daha sonra tələffüzü nisbətən fərqli olsa da, sözlərin çoxu eyni olan Türkiyə radiosunu dinləməyə başladım.Beləcə uzaq-yaxın diyarların Borçalıma bağlı olduğunu hələ məktəbə getdiyim ilk illərdə anladım. O zaman milli məfkurə, milliyətçilik kimi şeylərdən uzaq idim. 3-cü sinifdən bizə rus, 5-ci sinifdən isə alman və gürcü dillərini öyrətməyə başladılar. Dil öyrənmək qabiliyyətim o qədər də pis deyildi. Ancaq bu dillərin mənim dilim olmadığımı dərk edirdim. Orta məktəbi bitirib ali təhsil almaq üçün əhalisinin əksəriyyəti soyu soyumdan,dili dilimdən olan ölkəyə - Azərbaycan SSRİ-nin paytaxtı Bakıya gəldim. Burada qəribə təqdimatla tanış oldum : "Gürcüstanlısan?”. Bəli,mən həqiqətən o zaman SSRİ tərkibinə daxil olan bu respublikada doğulub böyümüşdüm, ancaq gürcü deyildim. ÖZ DİLİM, ÖZ ADƏT-ƏNƏNƏM var idi. Birinci kursda oxuyarkən, atamın mənə 6-7 yaşıında təlqin etdiyi kimi, müəllimlərimdən də bizim TÜRK olmağımızı duydum.
Əskərlik müddətində,xüsusən də Əfqanıstan Respublikasında "beynəlmiləl borcu”mu yerinə yetirərkən mənə aşılanmaq istədikləri "sovet vətəndaşı” identifikasiyasının uyğunsuzluğunu Əfqanıstanda elə ilk günlərdə dərk elədim. Çünki burada da kəndimizdəki kimi qocalar namaz qılır, dini bayramlar günlərində olduğu kimi hər gün 5 dəfə əzan səsi eşitdim.Tərkibində gəldiyim ordunun əsas dilindən çox, mənə Qəndəharda yaşayan soydaşlarımın - əfşarların özləri və dilləri daha DOĞMA idi.
Əskrlikdən qayıdıb təhsilimi davam etdirdikcə doğma Yurdumla bağlı kitabların axtarşına məşğul oldum. Ən xoşuma gələn Musxelişvilinin "Sovet arxeologiyası” jurnalında çap olunmuş "Dumanis qazıntıları” adlı məqaləsi idi. Yayda kənddə olarkən yaşlı nəsildən "Borçalı”, "Başkeçid”, "Ağ Qala” kimi adları eşitdikcə Yurdumun tarixinə marağım daha da artdı... Və 1987-ci ildən Leninqradda (indiki Peterburq) təhslimi davam etdirdikdə Yurdumun tarixini öyrənmək yeganə məşğuliyyətimə çevrildi. İllərlə oxunmadığından toz basmış kitablardan Yurdumun təhrif edilmiş tarixini sətir-sətir yığmağa başladım...
Tələbəlik illərimin sonu ilə SSRİ-nin sonu üst-üstə düşdü. Ağır sınaqlar və azadlıq naminə tökülən qanlar hesabına tələbə vaxtı pıçıltı ilə danışdığımız MÜSTƏQİLLİYİMİZƏ NAİL OLUNMUŞDU! Bu dövlət təkcə AZƏRBAYCANda deyil, dünyanın neçə-neçə ölkəsində yaşayan (bəzilərinin iddia etdikləri kimi səpələnmiş YOX!) Borçalı Türklərinin də dövləti idi. "Səpələnmək” sözündən xoşlananların diqqətinə çatdırım ki Borçalı Türkləri hətta kölə statusunda aparıldıqları ölkələrdə də çox keçmədən dövlət qurub,ona başçılıq etmişlər (Dehli sultanlığını qurmuş Qütbəddin Aybək və Misir sultanı Bəybars Borçalı kimi!).
Namizədlik dissertasiyanın müdafiəsindən həmən sonra MİLLƏTimin başbilənlərinin məsləhətilə BORÇALInın tarixinin araşdırılmasının davamı olaraq, bu mövzunun doktorluq dissertasiyası səviyyəsində işlənilməsinə başladım. Təbliğat öz bəhrəsini verdi! İki il bundan əvvəl magistraturaya imtahan verən gənc tarixçilərimizin 90 %-i "mənbələrdə Qurd çalası verən, qədim TÜRK YURDU hansıdır” sualına birmənalı cavab verdilər : "BORÇALI”! Borçalının təkcə indiki Gürcüstanın cənub və cənub-şərqini əhatə etmədiyini də artıq soydaşlarımıza təlqin edə bilmişik.
Ancaq bu hələ Borçalı ətrafında oynanılan oyunların DƏF EDİLMƏSİ demək deyil! BORÇALI QAFQAZIN DÖYÜNƏN QƏLBİ VƏ ARTERİYASIDIR! Üstəlik BORÇALI :
1. 1801-ci ildə olduğu kimi Azərbaycanı işğal etmək üçün girilən ilk qapıdır.
2. 1921-ci ildə Gürcüstanı işğal etmək üçün giriş qapısıdır.
STRATEJİ MÜTTƏFİQ OLAN AZƏRBAYCAN VƏ GÜRCÜSTAN BUNLARI BİLMƏLİDİR!
Hazırda daha məkrli oyunlardan biri borçalıların Azərbaycanla mənəvi bağlılığını qopartmaq üçün uydurulan "nəzəriyyələr” və bunun tam əksi olan borçalıda seperatçılıq meyllərinin körüklənməsidir. Yuxarıda yazdıqlarım məhz bu proses nəticəsində ffaciə ilə nəticələndi! 
Bunu önləməyin yolu çox sadədir : 
1. BORÇALI TÜRKLƏRİNİN GÜRCÜSTAN DÖVLƏTÇİLİYİNƏ İNTEQRASİYASININ (ASSİMLYASİYANIN YOX !) GÜCLƏNDİRİLMƏSİ. Bunun üçün dövlət dilinə diqqətin artırılması, Azərbaycan-gürcü mədəni əlaqələrinin artırılması.
2. BORÇALI TÜRKLƏRİNİN MİLLİ MƏNƏVİ DƏYƏRLƏRİNƏ HƏR İKİ DOST DÖVLƏT TƏRƏFİNDƏN DƏSTƏYİN ARTIRILMASI. Xüsusilə də Borçalıdakı MİLLİ MƏKTƏBLƏRƏ AZƏRBAYCAN DÖVLƏTİNİN DİQQƏTİNİN VƏ QAYĞISININ ARTIRILMASI. Mümkün olduğu qədər bu məktəbləri gənc kadrlarla təmin etmək üçün qarşılıqlı şəkildə fəaliyyət göstərilməsi
3. GÜRCÜSTANDA VƏ ELƏ AZƏRBAYCANDA DA BORÇALI TÜRKLƏRİNƏ YADELLİ VƏ XARİCİ ÖLKƏ VƏTƏNDAŞI KİMİ BAXILMASINA SON QOYULMASI. Borçalılar günahkar deyillər ki onlar öz doğma Yurdlarında yaşasalar da bu torpaqlar indi Gürcüstan ərazisində yerləşir və ya borçalılar Azərbaycan vətəndaşı deyillər! 
BORÇALI DAVAMIZIN ƏSAS QAYƏLƏRİ HƏLƏLİK BUNLAR OLACAQ! 
1-Cİ MƏRHƏLƏNİ,YƏNİ YURDUMUZUN TARİXİNİ GƏNC NƏSLƏ TƏLQİN ETMƏYİ BACARMIŞIQSA (bizlər "Borçalı adını ilə ilk dəfə aşıqlardan eşitmişəm” deyil, BORÇALI ADININ ƏN AZINDAN 1500 İLDİR OLDUĞUNU SÖYLƏYİB DEDİYİMİZİ SÜBUT ETMİŞİK)
2-Cİ MƏRHƏLƏNİ DƏ İNŞALLAH HAMIMIZ BİR YERDƏ ALNI AÇIQ KEÇƏ BİLƏCƏYİK. Bu yolda əngəllər çoooox olacaq. OLSUN!!!
PS. BU YAZINI TƏKCƏ DOSTLAR OXUMAYACAĞINI NƏZƏRƏ ALIB ÇOX ŞEYLƏRİN AÇIQLAMAMAĞI LAZIM BİLDİK.

Kərəm Məmmədov,

Borçalı İctimai Birliyinin sədri



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}