Dəm qazından boğulan idmançı məşhur döyüşçümüzün qardaşı imiş - FOTO

 

Bakının Ramana qəsəbəsində dəm qazından vəfat edən MMA idmançısı Arzuman Abbasovun kimliyi müəyyənləşib.

Sozcu.info-ın xəbərinə görə, 17 yaşlı Arzuman tanınmış MMA döyüşçümüz, "Fight Nights Global”ın yüngül çəkidə çempionu Nəriman Abbasovun kiçik qardaşıdır.

Tailandın Puket şəhərində kəmərini qorumaq üçün təlim-məşq toplanışında olan və iki gün əvvəl təntənəli şəkildə 26 yaşını qeyd etmiş Nəriman bir gün sonra qardaşının faciəvi şəkildə dünyasını dəyişdiyini öyrənib. O, hazırda məşqlərini yarımçıq saxlayaraq Azərbaycana qayıdır.

Qeyd edək ki, həvəskar MMA yarışlarında Azərbaycan çempionu olmuş Arzuman Abbasov ötən il yarımağır çəkidə üç dəfə peşəkar MMA yarışına çıxıb. Abbasov hər üç döyüşdə qalib gəlmişdi. Onun meyiti müayinə olunması üçün məhkəmə-tibb ekspertizasına təhvil verilib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}