Erkən nikahın yaratdığı çoxsaylı problemlər - çıxış yolu nədir?

 

Eerkən nikahlar günümüzdə də aktuallığını itirmir. Zaman-zaman mətbuatda yetkinlik yaşına çatmayan qızların zorla ərə verildiyi, bir müddətdən sonra onun başqasıyla qoşulub qaçdığı və ya ailədaxili zorakılığa məruz qaldığı barədə məlumatlar yer alır. 

Psixoloq Ahmet Tuğrul Demir Musavat.com-a bildirib ki, erkən nikahlar qızların cəmiyyətdəki qeyri-bərabər mövqelərini gücləndirir və həyat üstünlüklərini azaldır: "Hələ mənəvi və fiziki inkişafı tamamlanmayan, öz həyatının iplərini əlinə almayan və hüquqlarını bilməyən yüzlərlə gənc qız ya öz istəyi, ya da ailəsi tərəfindən məcbur edilərək erkən nikaha razılaşır. Cəmiyyətin erkən nikah üçün səbəbləri və ya bəhanələri həmişə mövcuddur. Bəzən yoxsulluqdan qurtulmaq istəyi, bəzən sadəcə özünün lazım olacağı bir çevrə axtarışı, bəzən mövcud vəziyyətdən qurtulub daha yaxşı həyat üçün ümid, bəzən bir kölə kimi satılmaq, bəzən "evdə qalarsan, yaşın keçsə, səni heç kim almaz" kimi yüz il əvvəldən gələn, hələ də tərk edilməyən təzyiqlər, bəzən bir sevgi, bəzən də ailə həyatı qurduqda özünü daha rahat ifadə edə bilməsi düşüncəsi erkən nikahlara sürükləyən səbəblərdir”.

Картинки по запросу

Psixoloqun sözlərinə görə, əksər hallarda peşmanlıq, qəzəb, həsrət və məyusluq kimi hisslər erkən evliliklərdə daha çox yaşanır: "Erkən nikahlarda yaranan problemlər arasında depressiya, narahatlıq pozğunluqları, fobiyalar, özgüvən əskiklikləri, sağlamlıqla bağlı problemlər və intihar cəhdləri müşahidə olunur. Erkən nikahlar erkən hamiləlik və doğuşa gətirib çıxara bilir. Fiziki inkişafını və mənəvi yetkinliyini tamamlamamış yeniyetmələr üçün hamiləlik və doğuş ana və ya uşağın ölümü, uşaqların sağlam şəkildə inkişaf etməməsi ilə nəticələnə bilər. Bundan başqa, erkən evliliklərdə çətinliklər daha çox olur və cütlüyün yetərincə həyat təcrübəsi olmadığından uşağa qulluq etmək, qayğı göstərmək və tərbiyə etmək baxımından ciddi problemlər yaşanır. Məişət zorakılığı və ailə həyatından xoşbəxt olamamaları qadınlarda və kişilərdə psixoloji problemlərə səbəb olur. Bu cür evliliklər qadınlar üçün dözmək məcburiyyətində qaldığı bir vəziyyət, kişilər üçünsə xoşbəxtliyi çöldə axtarmaq üçün bir bəhanə ola bilər”.

Картинки по запросу

Psixoloq qeyd edib ki, gənc ər və arvad arasındakı problemlər, mübahisələr, qısqanclıq və şiddət bəzən faciə ilə nəticələnir: "Buna misal olaraq, ötən həftələrdə Masallıda 16 yaşında ərə gedən qızın toydan iki həftə sonra öldürülməsini göstərmək olar. Təəssüf ki, belə hadisələrə rast gəlinməkdədir”.

Картинки по запросу

Onun sözlərinə görə, erkən evliliklər, xüsusilə 14-16 yaşlarına – yeniyetməlik dövrünə təsadüf etdikdə, bu böhranlı dövrün doğurduğu psixoloji narahatlıqlarla yanaşı, ailə qurmaq kimi məsuliyyətli addımın ağır travmalar, ciddi psixoloji problemlər gətirdiyini görürük: "Yeniyetmələr nikaha girmədən öncə təhsillərini bitirməli, müstəqil yaşaya bilməli, düzgün qərarlar verməli, hər hansısa bir işə, ixtisasa sahib olmalı, müəyyən həyat təcrübəsi qazanmalıdır. Oğlanlar və ya qızlar böyüklər kimi ailə həyatına keçid mərhələsini adlaya bilmirlər. Nəticədə bir-birinə zərər verə biləcək və hətta ölümlə nəticələnən kədərli hadisələri görürük".

Müasir zamanda həyat şərtləri və həyatdan gözləntilər dəyişdikcə erkən nikahların azaldığını görürük. Bugünkü təhsilli gənclər evlilik qərarlarını universitet və iş həyatlarını tənzimlədikdən sonra verirlər.

Картинки по запросу

Demir vurğulayıb ki, ailə həyatı qurmaq üçün sabit yaş dövrünü demək çətindir: "Çünki bu, hər kəs üçün fərqlidir. Evlilik üçün əsas meyar özünü hazır hiss etməkdir. Hazır hiss etmək, fərdin karyera, sosial və emosional şərtləri və prioritetlərinin tamamlanmasıdır. Bu bəzən 20, bəzən 30 və ya 40 yaş ola bilər. Sağlam bir evliliyin təməli üçün atıla biləcək ən düzgün addımlardan biri, çevrənin qoyduğu şərtlərə görə deyil, şəxsi şərtlərinə uyğun zamanda evlənmək qərarına gəlməkdir. 20 yaşında özünü ailə həyatı üçün hazır hiss edənlər üçün bu yaş dövrü idealdır. Özünü 40 yaşında hazır olduqlarını hiss edənlər və bu yaşda xoşbəxt ailə həyatı quranlar da var... Bu mərhələ getdikcə daha yaşlılara keçməkdədir. Mədəniyyətimiz üçün bu keçid mərhələsidir və ailə həyatı üçün yaş həddinin gec olduğunu düşünən cəmiyyətimiz zamanla artan bu yaş həddini normal hesab edəcək”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Seymur Məmmədov Musavat.com-a bildirib ki, müasir zamanda hələ də erkən nikahların qalması bəzi valideynlərin, əhali qruplarının qanunvericilikdə baş vermiş dəyişikliklərdən məlumatlı olmaması ilə əlaqədardır: "Erkən nikah probleminin aradan qaldırılması üçün Komitə tərəfindən daim maarifləndirmə işləri aparılır. Müxtəlif illər ərzində Komitə beynəlxalq təşkilatlarla, QHT təşkilatları ilə bu istiqamətdə maarifləndirmə tədbirləri keçirib”.

Erkən nikahlarla bağlı statistik məlumata gəlincə, S.Məmmədov bildirib ki, 15-17 yaşda qızlardan doğulmuş uşaqların sayı 2011-ci ildə 4392 nəfər təşkil edibsə, 2018-ci ildə 2129 nəfər təşkil edib: "Erkən nikahların sayı kifayət qədər aşağı düşüb və ailə qurarkən 18 yaşın bir yaş azaldılması nəzərə alınmaqla 2011 –ci ildə 5138 erkən evlilik var idisə, 2018-ci ildə 338 nəfər təşkil edib”.

Картинки по запросу

Komitə nümayəndəsi diqqətə çatdırıb ki, bizim Ailə Məcəlləmizdə erkən nikahlara dair valideynlərin hüquq və vəzifələri ilə bağlı kifayət qədər maddələr təsbit olunub: "Burada əsas məsuliyyət valideynlərin üzərinə, digər halda həmin ərazidə fəaliyyət göstərən icra hakimiyyətlərinin üzərinə düşür. Ailə Məcəlləsinin 51.6-cı maddəsində göstərilir ki, uşaqların mənəvi və fiziki sağlamlığına təhlükə yaradan hallardan, o cümlədən həmin uşaqların qanunlarını pozulmasından xəbərdar olan vəzifəli və digər şəsxlər bununla bağlı məlumatı əldə etdikdə həmin uşağın yaşadığı yerin aid olduğu icra hakimiyyətinə müraciət etməlidir. İcra Hakimiyyəti bu cür məlumatı aldıqdan sonra həmin uşağın taleyi ilə bağlı hər hansı tədbirləri görməyə borcludur”.

Məmmədov qeyd edib ki, hər bir şəxs 18 yaşına çatdıqdan sonra həm Uşaq Hüquqları Haqqında Konvensiyasına, həm də "Uşaqlar haqqında" qanuna əsasən uşaq statusunu itirir və yeniyetmə bir gəncə çevrilir: "Qanun da imkan verir ki, onun hüquq və azadlıqları, söz azadlığı təmin olunsun, ailədə onun hüquqlarına hörmətlə yanaşılsın. Valideynlər qanundan irəli gələrək uşaqların hüquqlarını təmin etməli, onların hüquqlarına hörmət etməlidirlər. Eyni zamanda gənclərin də qanunvericikliklə müəyyən olunmuş yaş həddinə çatdıqda kiminlə ailə quracağına dair özlərinin fikir bildirmək hüququ var”.

Картинки по запросу

2011-ci ildə ailə məcəlləsinə dəyişiklik olundu və qadınlar üçün nikah yaşı 18-ə qaldırıldı. Hazırda ailə məcəlləsinə əsasən ölkədə qadın və kişilər üçün nikah yaşı 18 yaş təşkil edir. Ancaq zərurət yarandıqda 18 yaş müvafiq yerli icra hakimiyyətinin tövsiyyəsi ilə 1 yaş azaldıla bilər.

Mütəxəssislər onu da qeyd edir ki, erkən nikah, bu yaşlarda doğuş və ya abort tam formalaşmamış qadın orqanizmi üçün zərərli, hətta təhlükəli də ola bilər. Bədənin yetkinlik yaşına gəlmədən cinsi əlaqə yaşamaq qızların bədənlərində bir çox xəstəliklərə səbəb ola bilər. Hamiləlik dövründə isə yetkinləşməyən qızlar və uşaqları 50 faiz ölüm riski ilə üzləşirlər.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}