YENİ PARLAMENTİN ANA MÜXALİFƏTİ VHP OLDU – Milli Məclisdə hansı partiyalar təmsil olunacaq?

YENİ PARLAMENTİN ANA MÜXALİFƏTİ VHP OLDU –

 

Növbədənkənar parlament seçkilərində hakim Yeni Azərbaycan Partiyasının (YAP) 69 namizədi qalib elan olunub. Bu rəqəm Mərkəzi Seçki Komissiyasının (MSK) nəticələri elan etmədiyi 7 dairəyə görə dəyişə bilər.

Azpolitika.info xəbər verir ki, YAP-dan sonra ikinci ən çox mandat alacaq partiya Vətəndaş Həmrəyliyi Partiyasıdır (VHP). Partiyanın lideri, xalq şairi Sabir Rüstəmxanlı 61 saylı Nefçala Seçki Dairəsindən 49, 2 faiz səslə, 69 saylı Cəlilabad-Biləsuvar-Masallı Seçki Dairəsindən Fəzail İbrahimli 51 faiz səslə, 58 saylı Hacıqabul-Kürdəmir Seçki Dairəsindən Rəfael Hüseyinov 51 faizlə qalib elan olunublar.

Daha sonra 26 saylı Xətai Dördüncü Seçki Dairəsindən BAXCP sədri Qüdrət Həsənquliyev, 26 saylı Sabunçu İkinci Seçki Dairəsindən Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, 60 saylı Salyan-Nefçala Seçki Dairəsindən Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, 16 saylı Yasamal ikinci Seçki Dairəsindən ReAL Partiyasının üzvü Erkin Qədirli, 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsindən Vəhdət partiyasının sədri Tahir Kərimlinin və Azərbaycan Demokratik İslahatlar Partiyasınin sədri Asim Mollazadənin Milli Məclisin üzvü olacaqları gözlənilir.

Qeyd edək ki, VHP sədri Sabir Rüstəmxanlı və ReAL üzvü Erkin Qədirli mandat alacaq yeni partiyalı deputatlar olacaq. Adları qeyd olunan başqa partiya nümayəndələri ötən seçkilərdə millət vəkili olublar.

Ötən seçkilərdə mandat almış Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı və Azərbaycan Sosial Demokrat partiyasının sədri Araz Əlizadə namizədliklərini irəli sürməyib. Milli Dirçəliş Partiyasının sədri Fərəc Quliyev isə seçkilərə qatılsa da, təhsil eksperti Etibar Əliyevə uduzub.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}