"Çingiz Qənizadənin Siyavuş Novruzovla davası var, məni də bura qatır" — ABEL MƏHƏRRƏMOV

"Çingiz Qənizadənin Siyavuş Novruzovla davası var, məni də bura qatır"

 

Milli Məclisin sabiq deputatı, akademik Abel Məhərrəmov keçmiş deputat həmkarı Çingiz Qənizadənin Speys TV-də yayımlanan "Sadə həqiqətlər” verilişində onun haqqında səsləndirdiyi ittihamlara cavab verib. 

Abel Məhərrəmov Demokrat.az-a açıqlamasında bildirib ki, Çingiz Qənizadənin bəhs etdiyi Madriddə keçirilmiş həmin tədbiri Azərbaycan dövləti təşkil edib:

"Sözügedən tədbir mənim oğlumun deyil, Azərbaycan dövlətinin tədbiri olub. Həmin tədbirə də Çingiz Qənizadə dəvət edilməyib. O, özü təxribat yaratmaq üçün tədbirə gəlib. Axı necə olur ki, bu adam həmin tədbirə dəvət olunmadığı təqdirdə Bakıdan durub İspaniyaya gəlir? Çingiz Qənizadə özbaşına gəlib o tədbirdə iştirak edib. Bakıdan gələn nümayəndə heyətinin də tərkibində Çingiz Qənizadə olmayıb. O ayrı təyyarə ilə gəlib-gedib. Heç bilmirəm ki, onu tədbirə kim dəvət edib, nə məqsədlə gəlib və sairə. Yəni, o bizim nümayəndə heyətinin tərkibində olmayıb. Bizim heyətin tərkibində Şeyximiz Allahşükür Paşazadə, Siyavuş Novruzov, Cavanşir Paşazadə olub. O, isə tədbiri dəvət olunmadan tək gəlib. Mənə elə gəlir ki, Çingiz Qənizadə bu cür qalmaqallar yaratmaq və Azərbaycan nümayəndə heyətini gözdən salmaq üçün o tədbirə gəlibmiş. Bunun başqa məntiqini görmürəm".

Abel Məhərrəmov deyib ki, həmin tədbir zamanı 3 dəfə ziyafət verilib:

"Həmin ziyafətlərin heç birində Çingiz Qənizadə iştirak etməyib. Ziyafətlərin üçündə də spirtli içki verilməyib. Axı Çingiz Qənizadə spirtli içki verildiyini harada görüb? Axı onun məqsədi nədir? Yəqin ki, Çingiz Qənizadə təxribat yaratmaq üçün o tədbiri gəlib. Görünür ki, onun xarakteri belədir".

Sabiq deputat qeyd edib ki, əslində Çingiz Qənizadənin davası Siyavuş Novruzovladır:

"Onun Siyavuş müəllimlə davası var, məni də bura qatır. Bütün bu qalmaqalları da Siyavuş Novruzova görə edir". 

Xatırladaq ki, 2018-ci ildə İspaniyada "Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda keçirilən beynəlxalq konfrans Azərbaycanda böyük qalmaqala səbəb olub. Belə ki, sözügedən konfransda iştirak edən Milli Məclisin Çingiz Qənizadə həmin konfarnasda iştirak edən rəsmi şəxslərdən bəzilərinin adlarını şərab qalmaqalında hallandırıb. 

 




 


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}