FRANSA VƏ KOVİD-19 : mədəniyyət naziri virusa yoluxdu, futbol stadionları azarkeşsiz qaldı, restoran və otellər zərərə düşdü

FRANSA VƏ KOVİD-19

 

Fransanın iqtisadiyyat naziri: "Dünya iqtisadiyyatı iki dövrə bölünüb – koronavirusdan əvvəlki və sonrakı dövr”

Sozcu.info  xəbər verir ki, Fransanın mədəniyyət naziri Frank Rister yeni tip kronavirusa yaxalanıb.

Fransanın Mədəniyyət Nazirliyinin açıqlamasında Risterdə virus aşkar edildiyi və səhhətinin yaxşı olduğu bildirilir. Rister ötən həftə Fransa parlamentinin iclaslarında iştirak edib. Ölkədə Kovid-19 virusuna yoluxanlar arasında 5 millət vəkili var və onlar da ötən həftə parlamentinin iclaslarında iştirak ediblər.

Fransanın Səhiyyə Nazirliyinin açıqlamasında Kovid-19 virusundan ölənlərin sayının 25-ə çatdığı, xəstəliyə yoluxanların sayının isə 412 nəfər olduğu bildirilir.

Fransanın Birinci Futbol Liqasının komandalarından olan Olimpik Lionun sosial media hesabından verilən açıqlamada cümə günü Reyms ilə qarşılaşmasında stadionda tamaşaçıların olmayacağı bildirilib.

Fransanın İqtisadiyyat Nazirliyinin açıqlamasında epidemiya üzündən restoranların gəlirinin 25%, otellərin gəlirinin isə 30-40% civarında azaldığı bildirilir.

Fransanın iqtisadiyyat naziri Bruno Le Mer dünya iqtisadiyyatında koronavirusdan əvvəl və sonra adlı iki dövr yarandığını bildirərək, epidemiyadan zərər çəkən şirkətlərə vergi ödənilməsində güzəştlər ediləcəyini bildirib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}