Bakıda özünü öldürmək istəyən qızın son statusu: “Ölümümdə günahkar… ” – QALMAQAL (FOTOFAKTLAR)

 

Xəbər verdiyimiz kimi, Bakıda 8 mart günü qanunsuz aksiya keçirən fəallardan biri intihara cəhd edib.

Hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. Orada yaşayan, 1996-cı il təvəllüdlü Aysel Ələkbərzadə 3-cü mərtəbədən özünü atıb. O, aldığı müxtəlif xəsarətlərlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Xəstəxanadan APA-ya bildirib ki, A. Ələkbərzadəyə ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır və hazırda reanimasiyadadır.

Minval.info xəbər verir ki, A. Ələkbərzadə martın 8-də Bakının mərkəzində feminist qadınların təşkil etdiyi qanunsuz aksiyada iştirak edib. O, əlində tutduğu şüarla sosial şəbəkələrdə tənqid hədəfinə çevrilib. O, özünü binadan atmazdan əvvəl "Facebook”da intihar edəcəyini açıqlayıb. Aysel ölümündə jurnalist kimi tanınan Nurlan Libre (Qəhrəmanlı), onun həyat yoldaşı Əsli Əlizadə və Qurban Məmmədli adlı şəxsi günahkar bilib: "Birazdan intihar edirəm. Rahat olun, nə siz, nə də sizinkimilər mənə lazım deyil. Kimlərəsə inandınız, daha doğrusu məndən başqa hamıya… Mən də bayaq son dəfə sevgilimi qucaqlayıb, yola saldım. Son içki və intihar… Necə gözəl səslənir. Onda görərsiniz intiharın ən gözəli necə olur. İntiharımda isə Libre, Əsli və Qurban günahkardır. Mənim üstümdə oyun oynadılar”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}