“Türk dövlətlərinin ortaq fəaliyyəti xilasımız olacaq” - CAHANDAR BAYOĞLU İQTİSADİ BÖHRANDAN ÇIXIŞ YOLUNU AÇIQLADI

 Yeni yaranan Turan Partiyasının Başqanı Cahandar Bayoğlu sosial şəbəkələrdə maraqlı təkliflərlə çıxış edib. Sozcu.info  C.Bayoğlunun statusunu olduğu kimi təqdim edir: 

"Son bir neçə ayda koronavirus terroru bütün dövlətləri təkləməyə və  təcridləşdirməyə məcbur edərək, hər kəsi özünə tabe etdirməkdə davam edir. Yaranmış belə bir durumdan çıxmaq yollarını aramaq hər bir dövlətin  borcudur. Azərbaycan və digər Türk Dövlətləri birlikdə bu ağır durumdan az itkiylə çıxmağa ən şanslı dövlətlərdir. Bunun üçün də Türk Dövlətləri:
1.  Karantin qalmaqla, ortaq iqtisadi məkana keçməlidir,
2. Digər dövlətlərdən qida asılılığından azad olmaq üçün ticarəti sərbəstləşdirilməlidir,
3. Öz aralarında alqı-satqı milli valyutalarla olmalıdır,
4. Dünya bazarında güclənmək üçün ortaq istehsala üstünlük verilməlidir,
5. Milli valyutalarla yanaşı, ortaq valyutanın da dövriyəyyə buraxılması həyata keçirilməlidir və Ortaq Türk Bankı qurulmalıdır.  
Bütün iqtisadi əlaqələrin tənzimlənməsi üçün yerli qanunlara yenidən baxılmalı, ortaq idarəçilik gerçəkləşməlidir. Türk Dövlət Başçılarından ibarət olan qurum işlək şəkildə təşkilatlanmalıdır".





Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}