Azərbaycanda daha 52 nəfər koronavirus yoluxdu – 1 NƏFƏR VƏFAT ETDİ

Azərbaycanda daha 52 nəfər koronavirus yoluxdu – 1 NƏFƏR VƏFAT ETDİ

 

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 52 yeni yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Sozcu.info xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, şəkərli diabet, xronik ürək çatışmazlığı və ürəyin işemik xəstəliyi olan 1969-cu il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 1984 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1480 nəfər müalicə olunaraq sağalıb, 26 nəfər vəfat edib, 478 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 18 nəfərin vəziyyəti ağır, 29 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}