Nazir icra başçısının qardaşına vəzifə verib

 

 


 

Hüseynqulu Bağırov keçmiş polis işçisin şöbə müdiri təyin edib

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədovun kiçik qardaşı Şahin Məmmədovu 13 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinə müdir təyin edib. Bununla bağlı redaksiyamıza daxil olan məlumatda deyilir ki, Hüseynqulu Bağırov Raqub Məmmədovun qardaşını çox qısa zaman öncə bu vəzifəyə təyin edib. Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun Goranboyda yerləşən 13 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinə müdir təyin etdiyi icra başçısının qardaşı Şahin Məmmədov isə son zamanlara kimi polis orqanlarında işləyib. Onun sonuncu iş yerinin də Yevlax Polis Şöbəsində rəis müavini olduğu qeyd olunur. Sentyabr ayının əvvəllərində polis orqanlarından təxris olunan Şahin Məmmədovun işsiz qalmasına Hüseynqulu Bağırov imkan verməyib və ekologiya bağlı heç bir bilgiləri olmayan şəxsi ən mühüm yerli strukturlarından biri olan 13 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinə rəhbər təyin edib. Bu təyinat həm də ona görə təəccüb doğurur ki, Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov bəzi iqtidaryönlü media tərəfindən də ləğv olunmuş Milli Təhlükəslzlik Nazirliyinin həbs olunmuş rəhbər şəxslərinə yaxın məmur kimi təqdim olunur və sərt tənqid olunur. İndi Hüseynqulu Bağırovun Raqub Məmmədovun qardaşını 13 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinə müdir təyin etməsi təəccüb doğurur. Mövzu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyinin mövqeyini öyrənməyə çalışacağıq.

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}