Rusiya XİN Vaşinqtona cavab verdi: “Ümid edirdik ki, səhərə yaxın bu bəyanat təkzib olunacaq”

Rusiya XİN Vaşinqtona cavab verdi: “Ümid edirdik ki, səhərə yaxın bu bəyanat təkzib olunacaq”

 

"ABŞ-ın Suriya və Rusiya ilə bağlı son bəyanatı yersizdir və insanlıq normalarına uyğun deyil".

 APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

 "Biz ABŞ Dövlət Departamentinin bəyanatını gecə yarısı aldıq. Ümid edirdik ki, səhərə yaxın bu bəyanat təkzib olunacaq. Təəssüflər olsun ki, bu baş vermədi. Əksinə, bu bəyanatı başqa bəyanatlarla daha da möhkəmləndirdilər, daha yersiz bəyanat verdilər", – deyə o vurğulayıb. 

 Xatırladaq ki, ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi ekstremistlərin Rusiya şəhərlərində terror aktları törədə biləcəyi haqqında bəyanat verib. O bildirib ki, Suriyada vətəndaş müharibəsi davam etsə, ekstremistlər əməliyyatları genişləndirmək üçün boşluqlardan istifadə edəcəklər, Rusiya isə resurslarını itirməkdə davam edəcək.   



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}