"İnanıram ki mənim adımla bağlı yayılan bütün şayələrə inanmayacaqsınız"

 

Millət vəkili Qənirə Paşayeva Gürcüstanda parlament seçkilərində iştirak edəcək azərbaycanlı namizədlər arasında fərq qoyulmaması üçün çağırış edib:

"Əziz dostlar!

Bəzi jurnalist həmkarlarımız və qeyri-hökumət təşkilatlarımız, Gürcüstan əsilli ziyalılarımız zəng edərək və ya müraciət edərək Gürcüstanda parlament seçkilərində iştirak edəcək azərbaycanlı namizədlər arasında konkret şəxsləri dəstəkləməmizi xahiş edirlər. Bir daha qeyd edirəm ki bir azərbaycanlı olaraq Gürcüstanda yaşayan bütün soydaşlarımız və namizədlərimiz bizim üçün qardaş-bacılarımız olaraq dəyərlidir və onlar arasında belə bir həssas məqamda fərq qoymam doğru deyil və heç bir zaman belə bir addımı atmaram və inanıram ki mənim adımla bağlı bu istiqamətdə yayılan bütün şayələrə inanmayacaqsınız. Eyni zamanda seçkilərdə sözü xalq deyir və layiq gördüyü namizədə səs verir. Mənim bu prosesdə hər hansı bir şəkildə müdaxilə etməm imkansızdır və doğru deyil. Bütün Gürcüstan əsilli soydaşlarımıza da bir daha söyləmək istəyirəm ki mənim hər hansı konkret namizədi və ya namizədləri dəstəkləməm barədə yanaşmalar doğru deyil. Bütün namizədlərə seçkilərdə uğurlar diləyirəm. Gürcüstan azərbaycanlıları hansı namizədləri Gürcüstan parlamentinə seçkilərdə dəstəkləyib seçsələr mən də bu seçimə, insanlarımızın iradəsinə sayğı ilə yaxınlaşacam. Seçkilərin dost Gürcüstan xalqı və orada yaşayan soydaşlarımız üçün xeyrli-uğurlu olmasını diləyirəm."


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}