Marneulidə əməliyyat kecirilib-Həbs olunanlar var

 

Marneulidə əməliyyat kecirilib-Həbs olunanlar var

 


 

Xəbər verdiyimiz kimi, 8 Oktyabrda  Gürcüstanda keçirilən parlament seçkiləri zamanı azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun ən böyük kəndlərindən birində  36-cı seçki dairəsinin Qızılhacılıdakı 48 saylı məntəqədə kütləvi dava düşmüşdü. 

Qeyd edək ki, azər­bay­can­lı­la­rın yığ­cam ya­şa­dı­ğı Mar­ne­u­li ra­yo­nu əra­zi­sin­də təş­kil olun­muş 36 say­lı da­i­rə­də da­ha bir azər­bay­can­lı, Əh­məd İmam­qu­li­yev qə­lə­bə­yə da­ha ya­xın­dır. Bi­rin­ci tur­da o, se­çi­ci­lə­rin 47,91 fa­i­z sə­sini­ toplamışdı.  Əhməd İmam­qu­li­yev ikin­ci tur­da qə­lə­bə qa­zan­ması üçün  2,5 faiz səs, bu da 1500 nəfər seçicinin 450 səsi deməkdir ki, o, Gür­cüs­tan par­la­men­tin­də təm­sil olu­nsun. Beləliklə də,azər­bay­can­lı de­pu­tat­la­rın sa­yı  Gürcüstan parlamentində ilk də­fə ola­raq 5 nə­fər ola­caq.

Qeyrət Xalq Hərəkatının rəhbəri Əlibala Əsğərlə  telefon bağlantısı yaratdıq. O, bildirdi ki, bu gecə Marneuli rayonunun Qızılhacılı kəndində Gürcüstan xüsusi təyinatlıları tərəfindən geniş əməliyyatlar  kecirilib. Maskallar gecə saatlarında qəflətən evlərə doluşmuş, axtarışlar aparmış və kənd əhalisinin 6 nəfəri həbs edilmişdi. Bu gün Marneuli polis idarəsinin qarşısında azərbaycanlılar mitinq kecirib, həbs olunan kənd adamlarının tezliklə azad olunması tələbi qoyulub. Mitinqdə Vahid Milli Hərəkat partiyasından deputat mandatı qazanmış Azər Süleymanov və Əhməd İmamquliyev də iştirak edirdilər. Tbilisidən bir qrup deputatlar, Beynəlxalq təşkilatların nümayəndələri,hüquq müdafiəçiləri və jurnalistlər hadisə ilə bağlı Marneuliyə gəliblər. Onlar göz altına alınan soydaşlarmızla bağlı  ədalətli qərarların verilməsi üçün  mitinq iştirakçılarına əllərindən gələn köməyi əsirgəməyəcəyi və  həbs olunan soydaşlarmızın tezliklə azadlığa buraxılması üçün  söz veriblər. Mitinq günorta saatlarına qədər davam edib. iştirakçılar Vahid Milli hərəkat partiyasının ofisinin qarşısına doğru hərəkət ediblər. Hal-hazırda həbs olunanlar azadlığa buraxılmayıb.

 

 


 

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}