Gürcüstan Azərbaycanları Milli Konqresinin sədri Əli Babayev bəyanat yaydı-Təxribatlara uymayın

 

Gürcüstan Azərbaycanları Milli Konqresinin sədri Əli Babayev bəyanat yayıb.
Əli Babayevin Sozcu.infoya daxil olmuş həmin müraciətdə deyilir:
"Mənim məlumatıma görə, Marneulidəki 36 saylı seçki dairəsində ikinci tur üçün müəyyən təxribatlar planlaşdırılır. Mən öz soydaşlarıma müraciət edirəm ki, ikinci tura fəal qoşulsunlar və təxribata uymasınlar, seçki azad və demokratik şəraitdə keçirilsin. Gürcüstanın Avrointeqrasiyası məsələsində və onun dünya arenasına seçkilərin böyük əhəmiyyəti vardır. Mən istəmirəm ki, ictimaiyyətin gözündə azərbaycanlı secicilər təxribatçı və seçkilərin pozulmasında əsas iştirakşı kimi ortaya çıxsınlar. Əhaliyə üz tuturam ki, təxribatın həyata keçirilməsinə qoşulmaqdan çəkinsinlər. Eləcə də öz soydaşlarımı bu gün Gürcüstan demokratik, eləcə də sosial baxımdan irəli gedir. Hər şey xalqın rihafı üşün edilir və heç bir vəchlə geriyə, 9 illik cəhənnəmə qayıtmamalıyıq. Biz düzgün seçim etməli və biz sabahkı Gürcüstana səs verməliyik və bunun da əsas zəmanəti bu günkü hakiiyyət və onun komandasıdır. Milli hərəkatın təxribatılarına imkan verməməliyik ki, seçkilər prosesində hər hansı qarma-qarışıqlıq və ya təxribat həyata keçirsinlər.
Sozcu.info


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}