"British Airways" Azərbaycanı tərk etdi

 

Sərnişin və yük daşımaları həyata keçirən "British Airways Plc." şirkəti Azərbaycan nümayəndəliyini ləvğ edib.

Fins.az-ın verdiyi məlumata görə, bu haqda Vergilər Nazirliyi xəbər yayıb.

Məlumata əsasən, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri Yasamal rayonu İzmir küçəsi, ev 8, "Hyatt Tower -2" (VI mərtəbə) ünvanına bildirə bilərlər.

"British Airways" aviaşirkəti dünyanın təxminən 400 istiqamətinə uçuşlar yerinə yetirir.

Xatırladaq ki, şirkət bu ilin aprelin 29-dan London-Bakı-London istiqaməti üzrə aviauçuşlarını dayandırıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}