"Baş əymək istəyən bütün ermənilərə qapılarımız açıqdır" - İcra başçısı

 

"Ermənistanın müxalif yönümlü "Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan, jurnalist Vahe Avetyan və Yerevanın tanımış ictimai fiqurlarından sayılan Süzanna Caginyan Bakıda iştirak etdikləri konfransda Ermənistandakı cinayətkar rejimi sərt dillə tənqid etdilər. 

Onlar tək deyillər. Bu gün Yerevandan, Ermənistandan minlərlə erməni gəlib Bakıdakı Xocalı abidəsinin qarşısında baş əymək istəyir. Amma onlara qarşı təhdidlər, təzyiqlər olduğundan qorxurlar”.

Bu sözləri Modern.az-a açıqlamasında Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri, Şuşanın icra başçısı Bayram Səfərov deyib.

O, erməni QHT nümayəndələri və jurnalistin Bakıya gəlib Xocalı abidəsini ziyarət etməsini təqdir edir:

"Onların bu addımını yüksək qiymətləndirirəm. Ermənilərin hamısı öz terrorçularının Azərbaycan xalqının başına acıdığı oyunu bilməlidirlər. Bütün ermənilər Xocalı abidəsinin qarşısında baş əyməlidir, günahkarlar isə cəzalandırılmalıdır”.

Bayram Səfərov bildirib ki, Xocalı soyqırımı abidəsini ziyarət etməklə özlərinin günahkar olduğunu etiraf etmək istəyən bütün ermənilər Bakıya gələ bilər və qapılar onların da üzünə açılacaq.

"Mən də istəyirəm ki, o ermənilər gəlib görsünlər ki, Azərbaycan bu gün necə yaşayır. Ermənilər gəlib Bakıda görsünlər ki, Azərbaycan prezidenti ölkədə insanlara necə şərait yaradıb. Xocalı soyqırımı abidəsini ziyarət etmək və abidənin qarşısında baş əymək istəyən bütün ermənilərə qapılarımız açıqdır.

Ermənilər nə qədər vicdansız olarsalar da, gəlib Xocalı abidəsinin qarşısında peşiman olduqlarını bildirə bilərlər”, - deyə Bayram Səfərov bildirib


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}