Tağı Əhmədovun Akif Çovdarovdan 3 milyonu tələb etməyə haqqı varmı?

Tağı Əhmədovun Akif Çovdarovdan 3 milyonu tələb etməyə haqqı varmı?

 MTN-nin soyduğu Metropolitenin sabiq rəisi dövlət rəsmilərinə niyə müraciət etməyib?

 

Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov Bakı Hərbi Məhkəməsinə müraciət edərək ləğv edilmiş MTN generalı Akif Çovdarova qarşı mülki iddia qaldırıb. Tağı Əhmədov 2014-cü ildə A.Çovdarovun hədə-qorxu gələrək ondan aldığı 3 milyon manatın həbsdəki generaldan tutularaq geri qaytarılmasını istəyib. İddia ərizəsi məhkəməyə daxil olub. Tağı Əhmədov istintaqa ifadəsində həmin Akif Çovdarova verdiyi 3 milyonun 44 illik "əmək haqqı” olduğunu deyib. Oxucuların diqqətinə çatdırmaq istərdik ki, 1 fevral 1948-ci təvəllüdlü Tağı Əhmədov 44 illik "əmək haqqı” dedikdə 1970-2014-cü illərdə Bakı Metropolitendə müxtəlif işlərdə çalışıbqazandığıhalal əmək haqqı kimi qələmə verir. Akif Çovdarovun Tağı Əhmədovdan aldığı 3 milyon manatı 44 ilə böləndə hər ilə 6818 manat, hər aya isə  568 manat pul düşər. Belə çıxır ki, Tağı Əhmədov Bakı Metropolitenində tunel qurğuları və yol xidmətində tunel fəhləsi, böyük tunel ustası, distansiya rəisi, 1994-1998-ci illərdə tunel qurğuları xidmətinin rəisi, 1998-2014-cü illərdə nəhayət Metropoliten rəisi vəzifələrində çalışarkən məhz hər ay 568 manat qazanıb. Qeyd edək ailəli və iki övlad atası olan Tağı Əhmədovun tunel qurğuları və yol xidmətində tunel fəhləsi işləyərkən hər ay ailəsinin ehtiyaclarından əlavə ən azı 568 manat qazanmalı və ayba-ay, ilbə-il bu pulları üst-üstə toplayıb, günlərin bir günündə Akif Çovdarova verməliydi.

Tağı Əhmədovun Akif Çovdarova verdiyi 3 milyon manatın mənbəyi tam aydın izah edilmədiyi kimi, Metropolitenin sabiq rəisi ilə bağlı ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməliyyatı hansı səbəbdən və hansı şəraitdə keçirdiyi tam aydın deyil. Metropolitendə olan ticarət obyektlərinin gəlirlərinin mənimsənilməsi ilə bağlı MTN-də siqnal materialı və ya əməliyyat-qeydiyyat işi olub. Tağı Əhmədov işdən azad edildikdən sonra Akif Çovdarovun verdiyi göstəriş əsasında həmin material yenidən bərpa edilərək əməliyyat-texniki tədbirlər davam etdirilib. Qeyd olunan tədbirlə əlaqədar Bakı Metropolitenində olan bir çox ticarət obyektinin sahibləri, bir sıra metropoliten işçiləri MTN-in Komendaturasına çağırılaraq əməkdaşlar tərəfindən izahatları alınıb. Araşdırma zamanı alınmış izahatlardan məlum olub ki, metropolitendəki ticarət müəssisələrindən əldə olunmuş vəsait mənimsənilib. Məlumata görə, Tağı Əhmədov metropolitendəki ticarət obyektlərindən gələn gəlirlərin mənimsənilməsinə görə həbs olunacağından qorxub məsuliyyətdən yaxa qurtarmaq üçün rəhbərliyə çıxış axtarıb, amma nazirlə əlaqə saxlaya bilmədiyi üçün MTN əməkdaşlarına müraciət edib. Sonda

MTN-çilər Tağı Əhmədovdan istədiklərini alıblar və bundan sonra Tağı Əhmədovla bağlı tədbirlər dayandırılıb.

2015-ci ilin oktyabr ayının 17-də nazir Eldar Mahmudov vəzifədən azad ediləndən sonra Tağı Əhmədov MTN əməkdaşı Rəsul Rəsulova zəng edərək pulunu tələb edib. Rəsul bu barədə onun yanında Akif Çovdarova məruzə edərkən A. Çovdarov "mənim Tağıya verməyə 3.000.000 dollarım yoxdur” -deyib.

Tağı Əhmədovun 3 milyonluq sərgüzəştinin cəmiyyət üçün əhəmiyyətli bir məqamı da MTN-də Tağı Əhmədovun qardaşı oğlunun döyülməsi ilə bağlıdır. Bu onu göstərir ki, ləğv edilmiş MTN-nin rəhbərliyi üçün toxunulmaz adam olmayıb. Axı Tağı Əhmədov sıravi bir vətəndaş olmayıb. Uzun müddət Bakı Metropolitenə rəhbərlik edən Tağı Əhmədov hakim partiyanın da rəhbərliyində təmsil olunub. Belə halda onun Akif Çovdarovun qanunsuz tələbi qarşısında dövlət rəsmilərinə müraciət etmək əvəzinə, 44 illik "əmək haqqı”nı aparıb MTN əməkdaşlarına verməsi ilə xüsusi araşdırılma aparılmalıdır. Aydınlaşdırılmalıdır ki, Tağı Əhmədov dövlət rəsmilərindən kimə isə rəsmən müraciət edibmi, edibsə niyə heç bir tədbir görülməyib? Ən önəmlisi isə Akif Çovdarov 44 il ərzində ailəsinə, özünə, qohum-qardaşına, dostlarına xərclədikdən sonra 3 milyonu necə hansı mənbələr hesabına qazanması araşdırılmalıdır. Bu pulların vergisi və digər ödənişlərinin ödənib-ödənmədiyi aydınlaşdırılmalıdır. Əgər belə bir araşdırma aparılsa çox ciddi maliyyə fırıldaqlarının üstünün açılması istisna oluna bilməz. Fikirimizcə şəffaf bir araşdırılma aparılsa, həmin pulların dövlət büdcəsinə qaytarılmasına qərar verilə bilər. Eyni zamanda cəmiyyət Tağı Əhmədovun Akif Çovdarovdan 3 milyonu tələb etməyə haqqının olub-olmamasına aydınlıq gətirməkdə maraqlı olmalıdır. Əks halda cəmiyyət belə hallara çox şahidlik etməli olacaq.

A.NƏBİYEV,

"Yeni Sözçü" qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}