Prorektorun qətlində MTN və “Təfəkkür” izi – Sensasion müraciət

 

"Təfəkkür” universitetinin prorektoru Tariyel Əhmədovun oğlu müraciət edib. Zaur Əhmədov atasının ölüm işinin yenidən araşdırılmasını istəyir

Z.Əhmədov prezidenti İlham Əliyevə, baş prokuroru Zakir Qaralova, Dövlət Təhlükəzilik Xidmətinin rəisi Mədət Quliyevə və mətbuata məktub ünvanlayıb.

Məktubunda Z.Əhmədov olduqca ilginc iddialar ortaya qoyur, atasının qətlində "Təfəkkür” universitetinin həmtəsisçilərinin, xüsusən Müşfiq Atakişiyevin adını hallandırır.

Həmin məktubu təqdim edirik:

"Cənab prezident 2011-ci ildən sizə və aidiyyatı orqanlara yazdığım məktublar siyahısına birisinidə əlavə edirəm. Qətl hadisəsi haqda qısa məlumat vermək istəyirəm. Atam Tariyel Əhmədov 2011-ci ilin 16 sentyabrında sübh tezdən yaşadığı evin yaxınlığında yerləşən idman meydançasında qətlə yetirildi.

Bu ölüm işinə görə CM-nin 120.1-ci qəsdən adam öldürmə madəsi ilə Yasamal rayon Prakurorluğunda cinayət işi başlandı. Amansız qətldən 5 il keçməsinə baxmayaraq hələ də heç bir irəliləyiş yoxdur.

Biz dəfələrlə bu qətlin həyata keçməsində Universitetin həmtəsisçiləri sabiq rektor Müşfiq Atakişiyev və bu gün tək şəriksiz qalan 1-ci prorektoru Rahim Hüseynovu ittiham etmişik. Bu səbəbsiz deyil. Atam qeyd etdiyim kimi Universitetin həmtəsisçilərindən biri idi. Öldürülməsəydi, növbəti ildə həmtəsisçilər arasında razılığa görə rektor olmalı idi.

Qətlin baş verməsinin səbəblərindən biri bax budur. 2-ci səbəb isə atamın əlində M.Atakişiyevin Kislavodskidə ermənilərlə şərik tikdirdiyi otelin şəkilləri var idi. Atam bir müddət idi ki, M.Atakişiyevlə danışmırdı.

R.Hüseynovla danışsa da aralarında soyuqluq var idi. 3-cü səbəb bu idi ki, atam ölkə prezidentinə və aidiyyatı orqanlara universitetdə baş verən maliyə yeyintiləri, qanunsuz köçürmələr, imtahanların, diplom işlərinin pulla verilməsi və digər cinayətlər barədə hazırladığı məktub idi”.

Z.Əhmədov qeyd edib ki, artıq universitetdə diplom işinin qiyməti 4-5 manata qaldırılıb: "Hər il qanunsuz olaraq Kiyev və Dərbənd filiallarına 1000-1500 tələbə köçürülür. Hər tələbə köçürülməsinə görə 12-15 min manat alınır.

Qiymətlərin belə fantastik qaldırılması M.Atakişiyev və R.Hüseynov Universitetə lisenziya verilməsi üçün Təhsil Nazirliyi tərəfindən 5 milyon manat istənilməsi ilə əlaqələndirirlər. Qətlin sıradan biri tərəfindən deyil, peşəkarlar tərəfindən törədilməsi bu işin ən azından güc orqanlarının biri tərəfindən edildiyi ehtimalını yaradır.

Qətldə istifadə edilən alətlərin tapılmaması və ətrafda olan kameraların həmin gün işləməməsi hər şeyi sübut edir. Bizə çatan və mətbuatda gedən yazılardan aydın olur ki, bu işi ləğv edilmiş MTN-nin yüksək rütbəli əməkdaşalrının əli ilə həyata keçiriblər.

Universitetin digər həmtəsiscisi R.Hüseynovun MTN-də işləyən yaxın qohumu sayəsində mümkün olub. Atam qətlə yetiriləndən sonra M.Atakişiyev məni yanına çağırıb bildirdi ki, sizə atanın payına görə 78 min manat, yəni o dövrün kursuna uyğun olaraq 100 min dollar pul verəcəm.

Mən razılaşmadıqda bildirdi ki, get fikirləş, bu işin arxasında çox güclü bir fiqur dayanır. Sonradan anama da deyib ki, uşaqlarına yazığın gəlsin. Deyilənlərlə razılaş, sən filankəsə nə edə bilərsən.

O, əsassız yerə Ramiz Mehdiyevin adını da hallandırıb. Bizim ailə buna inanmır. Ona görə ki, atam heç vaxt R.Mehdiyev haqda pis fikirdə olmayıb. Əksinə həmişə yüksək fikir söyləyib.

Onun belə şəxslərin adını hallandırması anamı qorxuya salmışdı. Ona görə də verilən cüzi məbləğlə razılaşıb paydan imtina etmişdi.

Cənab Prezident!

Həmin vaxtda Bakı şəhərində adi bir köşkün qiyməti 100 min manatdan yuxarı idi. Bu halda hansı bir ağıllı insan uzun illər ərsəyə gələn, beynəlxalq aləmdə tanınan universitetdəki 33 faizlik payını 78 min manata satar?

Bu fakt onu sübut edir ki, bütün bunlar hədə-qorxu vasitəsi ilə baş verib. Əgər doğrudanda M.Atakişiyev saf və səmimi insan idisə, niyə atam qətlə yetiriləndən sonra məni çağırıb demədi ki, atan qətlə yetirilib, sən ki, burdasan.

Gəl əl-ələ verib işləyək, onun payını sən idarə elə. Atam qətlə yetirilib, universitet ki, düşmənlər tərəfindən işğal olunmamışdı ki? Yoxsa o böyüklükdə Universiteti 100 min dollara qorxudaraq almazdılar”.

Öldürülən universitet həmtəsisçisinin oğlu yazır ki, Müşfiq Atakişiyevin cinayətləri bununla bitmir: "Atam Müşfiq Atakisiyevə 2 dəfə 200 min və 250 min manat borc verib. Atam qətlə yetiriləndən sonra guya mənə 250 min manatı qaytarıblar. Halbuki, mənə bir qəpik də olsun pul qaytarılmayıb.

Amma Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər Üzrə İstintaq İdarəsində işi aparan müstəntiq mənə bir qəbz göstərib və deyib ki, pul sənə qaytarılıb. Mən pulun qaytarılma tarıxını, verilmə tarıxindən əvvəl olduğunu bildirdikdə Atakişiyev izahatında bildirdi ki, guya Universitetin mühasibatlığında texniki səhv olub.

Bütün bunlar cinayət xarakterli işdir. Təəssüf ki, iş başqa məcaraya yönləndirilir. Müşfiq Atakişiyevin hər yanda adamı var. O, açıq aşkar deyir ki, bu işdən ötrü 2 milyondan çox pul xərcləmişəm.

Lazım gəlsə bir neçə milyonda xərcləyəcəm. Mən buradan üzümü atamın yaxın dostu olmuş, hətta ona ağsaqqal deyərək müraciət etdiyi DTX-nin rəisi Mədət Quliyevə tuturam.

Atam qətlə yetirilən gün hadisə yerinə gələn və qəhər içində dediyi sözləri yəqin ki, Mədət müəllim yadından çıxmayıb. Mən inanıram ki, bu qətlin təşkilatçıları və iştirakçıları tezliklə layiqli cəzalarını alacaqlar. Həmin vaxt Mədət müəllim ədliyyə nazirinin müavini və penitensiar xidmətin rəisi idi. Əlində bu işi açmaq üçün elə də böyük səlahiyyət yox idi. İndi isə var”.

Cənab prezident!

Mən Zaur Tariyel oğlu Əhmədov öz adımdan və ailəmiz adından sizə müraciət edirəm. Biz mərhumun ailəsi inanırıq ki, sizin müdaxilənizdən sonra bu cinayət hadisəsi araşdırılaraq atamın qətlinin təşkilatçıları və iştirakçıları tapılıb layiqli cəzalarını alacaqlar. Biz inanırıq ki, sizin müdaxilənizdən sonra Müşfiq Atakişiyev tərəfindən qorxudaraq əlimizdən alınan universitetdəki 33 faizlik payımız, Univesitet ətrafında olan torpaq sahələri və idman kompleksi özümüzə qaytarılacaq”.

Xatırladaq ki, M.Atakişiyev bu yaxınlarda səhhəti ilə əlaqədar rektor vəzifəsindən istefa verdiyini açıqlayıb.(Politika.az)



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}