Abxaziyada "Erməni ittifaqı" yaradılıb?

Abxaziyada "Erməni ittifaqı" yaradılıb?

 Cari ilin 5 dekabr tarixində Rusiyanın "Cavaxk” adlı diaspora təşkilatının sədri Aqasiy Arabyan KİV-lərdə Abxaziya müxalifəti və QHT-larını Böyük Britaniyanın xüsusi xidmət orqanları tərəfindən maliyyə dəstəyi almaqda ittiham edən bəyanatla çıxış etmişdir.  Bəyanatda sözügedən vəsaitin Abxaziyaya bəzi QHT-lar tərəfindən ötürüldüyü qeyd olunmuşdur. Aqasiy Arabyan müvafiq maliyyələşmə barədə məlumatı Abxaziyanın erməni icmasının təmsilçilərindən əldə etdiyini bildirmişdir.

 

Buna cavab olaraq cari ilin 7 dekabr tarixində Abxaziyada fəaliyyət göstərən "Ermənbi ittifaqı” adlı təşkilat A.Arabyan tərəfindən səsləndirilmiş ittihamı böhtan adlandıraraq, bunu Abxaziyanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilmiş, "Cavaxk” təşkilatın rəhbərliyinin məsuliyyətə cəlb edilməsi ilə bağlı çağırış etmişdir. Çağırışda qeyd olunanları subut etməyəcəyi təqbirdə, A.Arabyanın ictimaiyyət qarşısında rəsmi üzrxahlıq etməsinin tələb olunacağı bildirilir.

Abxaziyanın "Erməni ittifaqı” Rusiya Federasiyasının ərazisində fəaliyyət göstərən "Cavaxk” təşkilatının əvvələrdə təxribat xarakterli bəyanatlarla çıxış etdiyini, Abxaziyada yaşayan müxtəlif etnik qruplar arasında təfriqə salmağa çalışdığını vurğulamışdır. Bu səpkidə diqqət xüsusən "Cavaxk” tərəfindən  Abxaziyanın  "Erməni ittifaqı” Abxaziyanın tərkibində ermənilərə muxtariyyət tələb etməsi ilə bağlı yaydığı məlumata, həmin təşkilatın Cavaxetiya erməniləri adından "erməni-gürcü münasibətləri”, Gürcüstanın NATO-ya inteqrasiyası kimi mövzularda da  bəyanatlarına yönəldilmişdir.

Aygün Paşayeva,

DunyaMedia.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}