İcra başçısının köməkçisi qəzada öldü –Goranboyda ağır qəza

İcra başçısının köməkçisi qəzada öldü –Goranboyda ağır qəza

 

Goranboy rayonunda ağır yol qəzası baş verib.

Sozcu.info  APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qarqucaq kəndi yaxınlığından keçən avtomobil yolunda qeydə alınıb.

Hadisə nəticəsində "NİVA” və "VAZ21011” markalı avtomobillərin toqquşması nəticəsində "Niva”nın sürücüsü hadisə yerində ölüb. Avtomobildə olan digər sərnişin və "VAZ21011” də olan bir nəfər ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda ölüblər.

Məlumata görə, hadisə yerində ölən, "Niva”nın sürücüsü Əliyev Fuad Əli oğludur.  

Ağır xəsarət alaraq xəstəxanaya aparılan zaman yolda ölənlər isə rayonun Dəliməmmədli qəsəbə sakini, 1986-cı il təvəllüdlü Musayev Elsevər Yusif oğlu və Abbasqulular kənd sakini 1991-ci il təvəllüdlü Kazımov Rəşad Müslüm oğludur.

Qeyd edək ki, "Niva” nın sürücüsü Fuad Əliyev Goranboy rayon İcra hakimiyyəti başçısının köməkçisidir.

Faktla bağlı araşdırma aparılır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}