Ənvər Seyidovun bacısı danışdı: “Tezliklə də işinə qayıdacaq”

 

"Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun səhhəti qaydasındadır”. Bunu "Report”a açıqlamasında hakimin hazırda müalicə aldığı Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Leyla Seyidbəyli deyib.

Baş direktorun sözlərinə görə, Ənvər Seyidovun vəziyyəti yaxşıdır:

"Onun şəkəri yüksəlmişdi deyə, səhhətində müəyyən problem yaranmışdı. Lakin indi hər şey öz qaydasındadır. Həftəsonu o, evə buraxılacaq. Tezliklə də işinə qayıdacaq”.

Qeyd edək ki, 67 yaşlı hakim dekabrın 6-da xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, hakimin səhətilə bağlı açıqlama verən Leyla Seyidbəyli Ənvər Seyidovun doğma bacısıdır.

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}