Azərbaycan Təhsil Nazirliyi Gürcüstandakı azərbaycandilli məktəblərə dərslik göndərib

Azərbaycan Təhsil Nazirliyi Gürcüstandakı azərbaycandilli məktəblərə dərslik göndərib

 

Azərbaycanın Gürcüstandakı səfirliyinin vasitəçiliyi ilə Azərbaycanın Təhsil Nazirliyi tərəfindən Gürcüstandakı azərbaycandilli məktəblər üçün dərsliklər göndərilib.

 

Sozcu.info APA-nın Gürcüstan bürosunun məlumatına istinadən bildirir ki, dərsliklərin təhvil verilməsində Azərbaycan Təhsil Nazirliyinin rəsmi nümayəndəsi Kamil Həbibzadə və Azərbaycanın Gürcüstandakı səfirliyinin mədəniyyət attaşesi Samirə Ağayeva iştirak edib. 
 
S. Ağayeva dərsliklərin 2016-2017-ci tədris ili üçün nəzərdə tutulduğunu bildirib: "Bu, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Azərbaycan dövlətinin soydaşlarımıza göndərdiyi hədiyyədir. Son üç ildə Gürcüstanın azərbaycandilli məktəbləri üçün ümumi sayı 56,915 ədəd təşkil edən "Azərbaycan dili”, "Ədəbiyyat” dərslikləri və müəllimlər üçün nəzərdə tutulan metodik vəsaitlər səfirlik vasitəsilə Gürcüstanın Elm və Təhsil Nazirliyinə təhvil verilib”. 
 
K. Həbibzadə isə Gürcüstandakı azərbaycandilli məktəblərə 14 adda 16 900 ədəd "Azərbaycan dili” və "Ədəbiyyat” dərslikləri, eləcə də müəllimlər üçün metodik vəsaitlər gətirdiklərini, Gürcüstanın Elm və Təhsil Nazirliyinə təqdim etdiklərini bildirib. 
 
Qeyd edək ki, dərsliklər Gürcüstandakı azərbaycandilli məktəblərin I, II, III, V, VII və IX sinifləri üçün nəzərdə tutulub. Yaxın günlərdə bütün dərsliklər siyahı üzrə azərbaycandilli məktəblərə paylanacaq



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}