Reinanı qana bulayan terrorçunun həyat yoldaşı danışdı

 

Reinanı qana bulayan terrorçunun həyat yoldaşı danışdı

 

 

 

İstanbulda yeni il gecəsi "Reina” gecə klubunda silahlı terror hücumu reallaşdıran, 39 nəfər admın ölümünə səbəb olan təcavüzkarın 20 Noyabrda Qırğızıstandan İstanbula gəldiyi, 22 Noyabrda Konyaya yerləşdiyi və 29 dekabrda da hücum üçün İstanbula getdiyi öyrənildi.

Hələ ki, adının cəkilməsi yasaq olunan qırğız vətəndaşı Qırğızıstandan yoldaşı və 2 uşağı 20 Noyabrda təyyarə ilə İstanbula gəlib. İstanbuldan avtobusla əvvəl Ankaraya yola düşən terrorist və ailəsi, oradan da yenə quru yolu ilə 22 Noyabrda Konyaya gədib. Konyada Əmlakçı vasitəsilə aylıq 1.100 TL olmaqla kirayə mənzil götürən terrorist, 3 aylıq kirayə pulunu da əvvəlcədən nağd şəkilində ödəyib. Terroristin iş tapmaq məqsədi ilə Konyaya gəldiyi haqqınada məlumatlar da söylənilir.

Terroristin 29 dekabrda Koniyadan İstanbula getdiyi haqqında məlumatlar var. Onun görüntüsü televiziya kanallarında yayımlandıqdan sonra kirayəyə götürdüyü evin qonşuları tərəfindən 155 polis imdat xəttinə zəng edilərək terroristi gördükləri və yaşadıqları yer haqqında bilgi veriblər. Polisinn keçirdiyi əməlliyat-axtarış tədbiri nəticəsində terroristin həyat yoldaşı nəzarətə götürülüb. Nəzarətə alınan yoldaşı "Reina gecə klubuna hücumu televiziyadan öyrəndim. Bu vaxta qədər yoldaşımın hər hansı təşkilatın üzvi və yaxud terrorist oldugunu bilmirdim”.


Xatırladaq ki, "Reina”da törədilmiş terror hücumunda 40 nəfər həlak olub, 64 nəfər yaralanıb

 

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}