Bakı Slavyan Universitetində baş verən qalmaqalla bağlı açıqlama

Bakı Slavyan Universitetində  baş verən qalmaqalla bağlı açıqlama

 

Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənov Bakı Slavyan Universitetində xoşagəlməz mənzərə ilə rastlaşıb. Milli Qəhrəman universitet rəhbərliyinin göstərişi ilə içəri buraxılmayıb.

Azərbaycanın Milli Qəhrəmanı, hal-hazırda Goranboy rayonu Veyisli kənd orta məktəbində  direktor işləyən  Məhəmməd Həsənov  vaxtilə təhsil aldığı bu ali təhsil ocağına buraxılmayıb. Bu barədə  müxtəlif kütləvi informasiya vasitlərinə məlumat verən Azərbaycanın  Milli Qəhrəmanı bildirib ki, onun universitetə ali məktəbin rəhbərliyinin göstərişi ilə buraxılmayıb: "Neçə illərdir ki, Goranboy rayonunun Veyisli kənd orta məktəbində direktor işləyirəm. İstədim ki, universitetə gəlib uşaqlar üçün maraqlı nümunələr götürüm. Ona görə də vaxtilə təhsil aldığım universitetə baş çəkmək qərarına gəldim. İndiki Bakı Slavyan Universitetinə yollandım. Amma universitetə ayaq basan kimi xoşagəlməz mənzərə ilə rastlaşdım. Mühafizə xidməti universitet rəhbərliyinə məlumat versə də, məni içəri buraxmadılar.”Qəbul etməyin, çıxıb getsin” dedilər. Bu mənzərə mənə o qədər pis təsir etdi ki! Bilə-bilə ki, Milli Qəhrəmanam, bu universtitetin məzunu olmuşam, mənimlə insafsızcasına rəftar etdilər.

 Milli Qəhrəmanla  Bakı Slavyan Universitetinin rəhbərliyi arasında baş verən qalmaqalla bağlı  bu təhsil ocağının mətbuat xidmətinin rəhbəri İbrahim Quliyevlə əlaqə saxladıq.Onun sözlərinə görə, həqiqətən də Azərbaycanın Milli Qəhrəmanı, universitetin keşmiş məzunu  Məhəmməd  Həsənov  ali təhsil müəssisəsinə gəlib icəri keçmək istəyib. Bu zaman universitetin giriş qapısında, ali məktəbin təhlükəsizliyini qoruyan  polis əməkdaşları  qəhrəmanın kimliyi və gəlişinin məqsədilə maraqlanıblar. Məhəhmməd Həsənov özünün bu məktəbin məzunu və Milli Qəhrəman olduğunu bildirdikdən sonara, əməkdaşlar  bu barədə  rektor Nurlana  xanım məşğul olduğu üçün  universitetin inzibati işlər üzrə müavini Əbülfəz  müəllimə məlumat veriblər. Əbülfəz müəllim  isə öz növbəsində Milli Qəhrəmanın ali məktəbə buraxılmasında heç bir problemin olmadığını bildirib.Tanışları varsa onlarla universitetə daxil olub gəzə bilər.Milli Qəhrəman universiteti çox əvvəllər bitirdiyini, indi isə tanışının olmadığını söyləyir və oranı tərk edir. Universitetin sözçüsü onu da bildirdi ki, Nurlana Əliyeva BSU-nə rektor təyin edildikdən sonar ali məktəbin birinci mərtəbəsində Milli Qəhrəmanlarla bağlı xüsusi löhvə qoyulub. Universitetdə  Vətən uğrunda döyüşən hər bir adama xüsusi hörmət bəslənilir. Bildiyniz kimi hal-hazırda    ali məktəbdə semestr imtahanları keçirildiyindən  qayda –qanunlar möhkəmlənib.  Bunun üçün hər bir vətəndaş qaydalara riayət etməlidir.

Sozcu.info


 

Bakı Slavyan Universitetində  baş verən qalmaqalla bağlı açıqlama

 

 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}