Azər Süleymanov Vahid Milli Hərəkat Partiyasını tərk etmədi

Azər Süleymanov  Vahid Milli Hərəkat Partiyasını  tərk etmədi

 

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyasından kütləvi istefalar başlanıb. Hətta parlamentdə təmsil olunan deputatların bir qismi partiya sıralarını tərk edib.

 

Gürcüstan parlamentinin azərbaycanlı üzvü Azər Süleymanov isə həmin partiyadan ayrılmadığını bildirib. Bu barədə  Azər Süleymanov  özünün facebook səhfəsində məlumat verib.

"Bütün seçicilərimə çatdırmaq istəyirəm ki, başqa partiyaya keçməmişəm. Vahid Milli Hərəkat Partiyasında fəaliyyətimi davam etdirəcəyəm. Hər bir insanın seçiminə hörmətlə yanaşıram”-deyə o qeyd edib.

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}