Gürcü Pravoslav Patriarxlığının Azərbaycan siyasəti

 Niyazi Hüseynov

 

Patriaxlıqda Qax regionu ilə bağlı müzakirələr davam etdirilir

 

Gürcü cəmiyyəti arasında Azərbaycana qarşı mənfi əhval-ruhiyyə yaradan məhz patriarxlıqdır ki, bununla bağlı Gürcüstanın xüsusi xidmət orqanları ilə aktiv əməkdaşlıq edir. Məsələyə gürcü tələbələr və Qaxda yaşayan bir neçə nəfər ingiloy da cəlb olunub ki, onlar Tiflis Dövlət Universitetinin Beynəlxalq Əlaqələr fakültəsində təhsil alırlar. "Tiflis Yezidi Kürd Mədəniyyət Mərkəzi”nin gənclər qanadından alınan məlumata görə, bu məsələyə cəlb olunan (gürcü soyadları ilə tanınan) fəal ingiloylar daim patriarxlığın spikeri ilə əməkdaşlıq edirlər. Hətta, Kaxeti rayonunun Dedoplistskaro rayonunda ayda bir dəfə gürcü dilində "Hereti” adlı qəzet çıxarırlar. Dedoplistskaro rayonuna Qaxdan daim ingiloylar gəlirlər ki, onların vasitəsi ilə Azərbaycana rəsmi Bakının maraqlarına ziddiyyət törədən broşürlər paylanılır. Hətta, arasında "Böyük Gürcüstan Xəritəsi” bröşürlərini də rast gəlmək olar. 1 ay bundan əvvəl Dedoplistskaroya, oradan isə Tiflisə gələn Qax rayonunun Əliabad kəndinin bir neçə sakini "İnsan Haqqları Mərkəzi” təşkilatı və patriarxlığın spikeri ilə görüşüblər.

Məlumata görə, Qax rayonunda gürcü dilində broşürlərin paylanması elə ona tapşırılıb. Maraqlıdır ki, patriarxlıqda "Beynəlxalq Əlaqələr Qrupu” mövcuddur ki, "Hereti” (yəni Qax, Zaqatala, Balakən) bölməsinin sədri 32 yaşlı Ata Yosef Canbazişvilidir. O, Qaxdakı "Müqəddəs Georgi kilsəsi”nin keçmiş keşişi Ata Qabriel Canbazişvilinin qardaşıdır. Bununla yanaşı qrupda Türkiyənin lazların yaşadığı "Tao-Klarceti” bölməsi də daxildir ki, bölməyə 34 yaşlı David Şiolaşvili sədrlik edir. O, patriarx II İliyanın yaxın qohumudur. Məlumatda deyilir ki, Əlibəyli kəndinin konkret sakinləri patriarxlığın spikerliyi tərəfindən maliyyələşdirilir. Bu məsələdə Konstantine Qamsaxurdiyanın lideri olduğu "Tavisupleba” və deputat Zviad Dzidziqurinin sədri olduğu "Konservator” partiyalarının gənclər qanadı aktiv rol oynayırlar.

Keçən ilin dekabrın 1-də isə başqa ingiloylarla görüş keçirilib. Pravoslav patriarxlığının spikerliyinin təşəbbüsü ilə Tiflis Dövlət Universitetinin Beynəlxalq Əlaqələr Fakültəsində patriarxlığın Qaxdakı "Müqəddəs Georgi Kilsəsi”nin keçmiş baş keşişi Qabriel Canbazişvili və patriarxlığın keçmiş spikeri Georgi Andriadze Qaxdan olan ingiloylar və İrandan gələn gürcü tələbələrlə mətbuata qapalı görüş keçiriblər. Tiflis Dövlət Universitetinin Beynəlxalq Fakültəsində təhsil alan əslən Laz millətindən olan konkret tələbələrə istinadən verilən məlumata əsasən, görüşdə Qaxdakı kilsə və Türkiyənin Artvin vilayətindəki bir neçə gürcü ibadətgahlarının yerli əhali tərəfindən tualetə çevrilməsi məsələsi aktiv müzakirə olunub. Görüşdə patriarxlığın keçmiş spikeri və hazırda İberiya kanalına rəhbərlik edən Georgi Andriadze əslən Artvindən olan və hazırda Tiflis Dövlət Universitetinin Beynəlxalq Fakültəsində təhsil alan (eyni zamanda xristianlığı qəbul edən) lazlara tapşırıb ki, "Artvin vilayətində bizim işimizə yarayan, Türkiyənin gürcülər yaşadığı bölgələrdən məlumatlar ötürə bilən, pravoslavlığı həmin bölgədəki gürcü gəncləri arasında təbliğat apara bilən bir neçə aktiv gürcü türkü olan gəncə ehtiyacları var. Onlara nə qədər pul lazımdırsa veriləcək”.

Belə qərara gəliblər ki, bir qrup ingiloy tələbə hər il dekabrın 31-də "Dünya Azərbaycanlıları Günü” Azərbaycanın Tiflisdəki səfirliyinin qarşısında Qaxdakı kilsə və ingiloyların hüquqlarının "kobudçasına pozulması” ilə bağlı brifinq-aksiya keçirsinlər. Bununla yanaşı gənc ingiloylara tapşırıq verilib ki, müxtəlif gürcü nəşriyyatlarında bu ilin sonuna qədər həm Qax, həm də Tiflisdəki etiraz aksiyaları üçün gürcü və Azərbaycan dillərində bröşürlər hazırlansın. Bröşürlərin mətninin hazırlanması məhz keşiş Qabriel Canbazişviliyə tapşırılıb.

Görüş zamanı Canbazişvili ingiloylara belə deyib: "Heç bir şeydən qorxmayın. Əvvəlcədən sizi xəbərdar edirəm ki, etiraz aksiyası zamanı oradakı (azərbaycanlı) polislər sizə və sizin tərəfinizi saxlayan adamlarınıza qarşı gücdən istifadə edəcək. Bəzilərinizi həbs edəcək. Bəlkə də etmədi. Hər ehtimala qarşı buna hazır olun”.

Maraqlıdır ki, konkret ingiloy gənc qrupa nəinki Gürcü Pravoslav Kilsəsi, hətta, "İnsan Haqqları Sənədləşdirmə Mərkəzi” və "Corc Soros” fondundan qrant ayrılır. Məlumata əsasən, 6 nəfər ingiloyun təşkil etdiyi "Hereti” təşkilatı elə patriarxlığın keçmiş spikeri G.Andriadzenin təşəbbüsü ilə yaradılıb. Təşkilatı idarə edən konkret ingiloy qrupun Tiflisin Havlabar məhəlləsində erməni dram teatrında yerləşən "Tiflis Erməni Gənclər Təşkilatı” ilə sıx əlaqəsi olduğu da bildirilir. Qeyd edilir ki, həmin erməni təşkilatı konkret ingiloylardan Qaxdakı kilsə, ingiloyların vəziyyəti və Azərbaycandakı proseslərlə bağlı daim məlumatlar alır.

Digər tərəfdən görüşdə Gürcüstanın müxalifətyönlü "Tavisupleba” (lideri Konstantine Qamsaxurdiya) və "Konservator” (lideri Zviad Dzidziquri) partiyalarına üzv olan tələbələrin təşkil etdiyi "Zorakılığa Yox” təşkilatının fəalları iddia ediblər ki, Qaxdakı "Müqəddəs Georgi Kilsəsi”nin keçmiş gürcü keşişlərini Azərbaycan Vətəndaşlığını qəbul etməyə məcbur edirlər.

"Konservator” partiyasının fəalları isə belə iddia edirlər ki, Qaxda gürcü əhalisinin hüquqları nəinki yerli hakimiyyət tərəfindən, azərbaycanlı vətəndaşlar tərəfindən də pozulur. Güya rəsmi Bakı müsəlmanlığı qəbul etməyən gürcüləri ərazidən çıxarmağa cəhd göstərir.

Görüşdə Əliabad kənd ziyalılarının Gürcüstan Pravoslav Kilsəsinə göndərildiyi məktub oxunub: "Kurmuxidəki Müqəddəs Georgi Kilsəsinin qapısı bağlanıb (!) Əgər Kumuxini itirsək, Hereti və gürcülərimizi də itirəcəyik. Azərbaycan vətəndaşları xristian gürcüləri kilsədə ibadət etməyi qadağan edib. Azərbaycanlılar artıq bütün sərhədləri keçib. Keşişin kilsəyə yaxınlaşması belə qadağan edilib. Azərbaycanın xüsusi xidmət orqanları tərəfndən keşişin əlindən ibadətgahın açarı zorla alınıb. Xüsusi xidmət oraqanlarının əməkdaşları ibadətgahın dini şəxsi və keşişini xəbərdarlıq edib ki, əgər onlar Azərbaycan ərazisində "disidentlik” fəaliyyətlərini yenə davam etdirsələr, onlar cəzalandırılacaqlar”. Görüşdə məktub oxunduqdan sonra Gürcü Pravoslav Kilsəsinin keçmiş spikeri Georgi Andriadze belə deyib: "Herelilərin (ingiloyların) səbri tükənib və qanunsuzluqlara yenə səbr etmək istəmir. Biz Azərbaycanın mərkəzi hakimiyyətinin və beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək üçün dinc etiraz aksiyaları keçirməyə qərar vermişik. Gürcüstandakı azərbaycanlılar dini görüşlərinə görə heç təqib olunurlarmı? Xeyr. Biz gürcülərə isə ibadət etməyə razılıq vermirlər. Dini tədbirlərdən imtina etmək fikrimiz yoxdur. Azərbaycanın xüsusi xidmət orqanlarının əməkdaşları gürcü-ingiloylarını hədələyərək, xəbərdar etdilər ki, bir daha ibadətgaha yaxın getməsinlər”.

P.S. Hər halda buna Azərbaycanda münasibətini bildirən olacaq. Öz tərəfimdən isə deyə bilərəm ki, Gürcüstan məsələləri üzrə ekspert kimi məsələni araşdırdım və məlum oldu ki, Qax regionunda yaşayan gürcü-ingiloylarına daha böyük privilegiyalar verilib, nəinki yerli azərbaycanlılara.

Gürcü Pravoslav Patriarxlığının Azərbaycan siyasəti

 


 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}