Baş Prokurorluqdan psixoloqun intiharı ilə bağlı yayılan şayiələrə - Reaksiya

 

Dəyanət Rzayevin yaşadığı mənzildə asılmış vəziyyətdə meyitinin aşkar olunması barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğunun və polis idarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinin və meyitin müayinəsi aparılıb.

Musavat.com xəbər verir ki, bu barədə Respublika Prokurorluğu mətbuat xidməti saytın sorğusuna hazırladığı cavabda bildirib.

Cavabda eyni zamanda bildirilib: "Meyitin xarici müayinəsi zamanı boynundakı stranqulyasiya şırımından başqa bədəni üzərində zorakılıqla yetirilməyə xarakterik hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Fakt üzrə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, D.Rzayevin ölümünün səbəbinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertizası təyin edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir”.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}