Prezident etimadının nümunəsi

 


Dövlət başçısının Sumqayıt şəhərinin inkişafına xüsusi diqqət yetirir

Prezident İham Əliyev regionların inkişafına xüsusi önəm verir və "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın qəbulu da məhz bu önəmin nəticəsi hesab oluna bilər. Regionların arasında da dövlət başçısının Sumqayıt şəhərinə xüsusi önəm verdiyi də məlumdur. Bu da təsadüfi deyil. Prezident İlham Əliyev bir zamanlar "ölü şəhər” kimi tanınan Sumqayıtın Azərbaycanın siyasi, iqstisadi və sosial həyatında özünə layiq yer almasına çalışır. Bu da səbəbsiz deyil. Sumqayıt yalnız Azərbaycanın deyil, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir. Bu şəhərin inkişafı da xüsusi diqqət tələb edir.

Dövlət başçısının bu şəhərdə həyata keçirilən iqtisadi layihələri daim diqqətdə saxlaması, dövlətin üzləşdiyi maliyyə çətinliklərinə baxmayaraq şəhərin abadlaşmasına gərəkən maddi qaynaqları saxlaması bu zərurətdən doğur.

İlham Əliyev Sumqayıtda etilen-polietilen zavodunda yeni qurğuları işə salıb

Prezident İlham Əliyev Sumqayıtda "Azərikimya” İstehsalat Birliyinin etilen-polietilen zavodunda yeni qurğuların işə salınması mərasimində iştirak edib.

Prezident İlham Əliyevin 2010-cu ildə imzaladığı "Neft-kimya sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında” Sərəncamına əsasən "Azərikimya” Dövlət Şirkəti SOCAR-ın tabeliyinə verildikdən, "Azərikimya” İstehsalat Birliyi yaradıldıqdan sonra əsas hədəflərdən biri də Sumqayıtın Cənubi Qafqazın ikinci böyük sənaye şəhəri kimi qalmasını təmin etmək, burada olan neft-qaz emalı və neft-kimya sənayesinin səmərəliliyinin yüksəldilməsi, məhsulların rəqabət qabiliyyətinin artırılması olub və müəyyən nəticələr artıq əldə edilib.

Bu da zavodun ümumi enerji sərfiyyatının azaldılması prosesinə müsbət töhfəsini verir. Bir zamanlar Sumqayıtı "ölü şəhər”ə çevirən zəhərli və zərərli, müasir standartlara cavab verməyən, iqtisadi cəhətdən qeyri-səmərəli və əsasən, ətraf mühitin ekologiyasına mənfi təsir göstərən istehsalatlar sökülərək yenidən qurulub. Çirklənmiş ərazilərdən külli miqdarda zəhərli maddə və kimyəvi tullantı utilləşdirilib.

Kimya sənayesi, müasir texnologiyalar, qeyri-neft sektorunun inkişafı ölkə iqtisadiyyatını irəliyə aparacaq əsas amil olduğuna  görə də Sumqayıtın inkişafına xüsusi diqqət yetirilməsi ilə bağlı dövlət başçısının siyasəti tam aydındır.  Ancaq məlumdur ki, istənilən yaxşı siyasətin həyata keçirilməsi kadrlardan asılıdır. Prezidentin bu şəhərə Zakir Fərəcovu icra başçısı təyin etməsi isə dövlət başçısının bu şəxsə etimadı kimi də qəbul oluna bilər. Məlum olduğu kimi Zakir Fərəcov Sumqayıt şəhər icra hakimiyyətinin başçısı təyin olunmazdan əvvəl, on il müddətində, 2005-2015-ci illərdə isə Abşeron rayonuna rəhbərlik edib. Onun belə uzun müddət Abşerona rəhbərlik etməsi, sonra isə prezidentin önəm verdiyi bir şəhərə başçı təyin etməsi dövlət başçısının Zakir Fərəcova etmadının hansı səviyyədə olduğunu göstərir. Əlbəttə ki, Zakir Fərəcovun da etimadı doğrultduğu şəksizdir. Zakir Fərəcov Sumqayıt şəhər icra hakimiyyətinə başçı təyin edildikdən sonra şəhərin siması dəyişib. Prezident İlham Əliyevin çox ciddi dəstəyi ilə qısa zamanda böyük işlər həyata keçirilib. Məsələn, Zakir Fərəcov Sumqayıt şəhər icra hakimiyyətinin başçısı təyin olunduqdan qısa müddət sonra prezident İlham Əliyev Sumqayıt şəhərində çoxmənzilli binaların sakinlərinin yaşayış şəraitinin yaxşılaşdırılması, onları narahat edən problemlərin aradan qaldırılması, Sumqayıt şəhərində lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi, dövlət mənzil fonduna aid olan çoxmənzilli binalarda istismara yararsız daha 76 liftin yeniləri ilə əvəz edilməsi məqsədi Prezidentin ehtiyat fondundan 3,7 milyon manat ayrılması haqqında sərəncam imzalamışdı. Bundan təxminən iki ay sonra çoxmənzilli binaların sakinlərini narahat edən problemlərin aradan qaldırılması istiqamətində daha bir addım atılaraq şəhərin mənzil fonduna daxil olan 100 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və zəruri təmir işlərinin həyata keçirilməsi məqsədi ilə Prezidentinin ehtiyat fondundan 5 milyon manat ayrılmışdır. Bunlar yalnız Zakir Fərəcov Sumqayıt şəhərinə rəhbər təyin edildikdən sonra ilk üç ayda dövlət başçısının sərəncamı ilə ayrılan maliyyə vəsaiti haqqında məlumatdır. Əlbəttə ki, dövlət başçısı bu vəsaitlərdən səmərəli istifadə olunacağına əmin olmasydı, ard-arda bununla bağlı sərəncamlar imzalamazdı. Məhz prezidentin etimadının layiqincə doğruldulmasının nəticəsidir ki, 2016-cı ilin martında dövlət başçısı Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında daha bir Sərəncam imzalayır. Bu sərəncama görə isə Sumqayıt şəhərində çoxmənzilli binalarda zəruri təmir işlərinin davam etdirilməsi məqsədi ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 9 milyon manat ayrılır. Əlbətdə ki, dövlət başçısı Sumqayıtda həyata keçirilən nəhəng abadlıq işlərini nəzərə alırdı və buna görə Azərbaycan üçün 2016-cı ilin çətin iqtisadi şərait ili olmasına baxmayaraq bu şəhərdəki işlərin həyata keçirilməsi üçün vacib olan maddi qaynağı təmin edirdi. Prezidentin 10 iyun 2016-cı il tarixli Sərəncamını zəruri edən də məhz bu amil olmuşdur. Həmin sərəncamla Sumqayıt şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 10 milyon manat ayrılmışdır. Əlbətdəki bütün bu maliyyə vəsaitlərindən səmərəli şəkildə istifadə olunmuşdur. Yeri gəlmişkən qeyd edək ki, Sumqayıt şəhərində həyata keçirilən işlərlə yerində tanış olmaq üçün dövlət başçısı tez-tez bu şəhərə səfər edir. Zakir Fərəcov isə dövlət başçısının Sumqayıtla bağlı qayğılarını bölüşən bir icra başçısı olduğunu artıq təsdiq edib. Bunun izlərinə isə Sumqaytın hər bir guşəsində rast gəlmək olar.

Arzuman LOĞMANOĞLU,

"Yeni Sözçü"qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}