Bakıda bacı və qardaşı öldürən şəxsin görüntüləri yayılıb

 

Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş vermiş dəhşətli qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

Sozcu.info xəbər verir ki, aprelin 2-də saat 1 radələrində Nərimanov rayonunun Keşlə qəsəbəsində Bakı şəhər sakini Fəridə Qasımovanın üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti evinin qarşısında tapılıb, anası Lətifə Məmmədova isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Azər Cəfərov tutulub. Onun idarə etdiyi "BMW” markalı avtomobilin yük yerinə baxış zamanı oradan L.Məmmədovanın 16 yaşlı oğlu Saqil Qasımzadənin bədən və baş nahiyələrində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}