“Sovetski”də məscid etirazı: əraziyə polis cəlb edilir

 

Bakının "Sovetski” məhəlləsi yaxınlığındakı "Hacı Cavad” məscidinin sökülməsi xəbərlərini eşidərək ora toplaşmış dindarların radikal qismi aksiyanı davam etdirir.

Virtualaz.org-un əməkdaşı hadisə yerindən xəbər verir ki, əraziyə yenidən polis qüvvələri cəlb edilir. Lakin polis hələ dindarlara müdaxilə etmir. Yasamal rayon Polis İdarəsinin rəisi İsfəndiyar Mehbalıyev də hazırda hadisə yerindədir. O, toplaşanlara deyib ki məscid sökülməyəcək. Polis rəisinin bildirdiyinə görə, Yasamal rayon İcra hakimiyyətinin başçısı birazdan gəlib məscidin sökülməyəcəyi haqda sakinləri məlumatlandıracaq.

Yaxınlıqda yaşayan, dindarların "Qurban əmi” deyə tanıtdıqları ağsaqqal aksiyaçıların qarşısında bildirib ki, o, rəsmi orqanlarla danışıb və məscidin hələlik sökülməyəcəyini dəqiqləşdirib. Buna görə də dağılışmaq lazımdır. Ağsaqqalın bildirdiyinə görə, rəsmilər ona deyiblər ki, "Sovetski” məhəlləsinin yenidən qurulması layihəsi çərçivəsində orada yeni məscid də inşa ediləcək və "Hacı Cavad” məscidi ancaq bundan sonra söküləcək. Lakin dindarların radikal qismi onun dağılışmaq çağırışına əməl etmək niyyətində deyillər.

*   *   *14:24

Bakının sökülməkdə olan "Sovetski" məhəlləsinin yaxınlığında yerləşən "Hacı Cavad" məscidinin ərazidəki yenidənqurma işləri ilə bağlı söküləcəyi barədə xəbərləri eşidib məscidin qarşısına toplaşan dindarlardan bir qismi dağılışıb.

Virtualaz.org-un əməkdaşı hadisə yerindən xəbər verir ki, etirazçıların bir qismi dağılışsa da qalanları daha aqressi görünürlər, bildirirlər ki, axşama qədər gözləyəcəklər, hətta gecəni də burada qalmağa hazırdırlar, "Məscidin sökülməsinə imkan verməmək üçün lazım olsa günlərlə buradan çəkilən deyilik"-dindarlar deyir.

Ərazidə polis gözə dəymir və dindarlara müdaxilə edilmir. Bununla belə məscidin qarşısına toplaşanlardan 3-4 nəfərinin daha əvvəl saxlanıldığı məlum olub.

*   *   *14:02

Son məlumatlara görə polis "Sovetski" məhəlləsi yaxınlığında yerləşən, sökülməsi gözlənilən "Hacı Cavad" məscidinin ətrafından çəkilib.

Hazırda ərazidə heç bir polis gözə dəymir. Məscidin qarşısında 200-dən çox dindar gözləməkdədir. Onlar təkcə həmin ərazidə yaşayanlar deyil, Bakının müxtəlif yerlərindən-Günəşlidən, Binədən, Hövsandan gələnləri də var. Toplaşanlar deyirlər ki, "Hacı Cavad" məscidinə ibadət üçün gəlirdilər və indi binanın sökülməsi xəbərlərindən narahat olublar. İstəmirlər ki, tarixi abidə kimi qorunan bu məscid sökülsün.

*   *   *13:49

"Sovetski" məhəlləsinin yaxınlığında yerləşən, söküləcəyi gözlənilən "Hacı Cavad" məscidinin qarşısındakı etirazlarla bağlı hadisə yerinə gedən baş nazirin müavini Yaqub Eyyubov artıq ərazini tərk edib.

Virtualaz.org-un əməkdaşı hadisə yerindən xəbər verir ki, məscidin qapısı bağlanıb, dindarlar içəri buraxılmır, onlar məscidin qarşısında gözləməkdədir. Gərginlik müşahidə olunmur, polis hələlik dindarlara müdaxilə etmir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}