Keçmiş qaynını güllələyən şəxsə 17 il cəza verildi

Keçmiş qaynını güllələyən şəxsə 17 il cəza verildi

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə ittiham olunan Elçin Qəmbərovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Sozcu.info Virtualaz.org saytına istinadən xəbər verir ki, prosesə hakim Mayıl Bayramov sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə əsasən Elçin Qəmbərov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə ötən ilin iyun ayında Qaradağ rayonunun Sahil qəsəbəsində baş verib. Maştağa qəsəbə sakini, 1977-ci il təvəllüdlü Elçin Qəmbərov sərxoş vəziyyətdə keçmiş həyat yoldaşının yaşadığı binanın qarşısına gəlib. O, atası evinə qayıdan həyat yoldaşını geri aparmaq istəyib. Lakin Elçinlə onun keçmiş qaynı, 1977-ci il təvəllüdlü Cəmaləddin Əliyev arasında mübahisə düşüb.

Mübahisə zamanı E.Qəmbərov özü ilə gətirdiyi silahdan keçmiş qaynına atəş açıb. E.Qəmbərov qaynını ikinci dəfə də vurmaq istəyib, amma silah açılmayıb.

C.Əliyev xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.

E.Qəmbərov məhkəmədə deyib ki, hadisəni törədən zaman sərxoş olub və qaynını öldürmək niyyəti olmayıb. O bildirib ki, əməlindən peşman olub və dərhal polisə gedərək silahını təhvil verib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}