Nazirlikdən avtovağzalın tabeliyindən alınması xəbərinə reaksiya:"Bu qurum nazirliyin strukturunda olmayıb"

Bakı Beynəlxalq Avtovağzalının Nəqliyyat,  Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən alınaraq, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininə verildiyi barədə yayılan xəbərlərə Nəqliyyat,  Rabitə və Yüksək Texnologiyalar Nazirliyi münasibət bildirib.

Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən  Modern.az saytının sorğusuna cavab olaraq bildirilib ki, nazirliyin tabeliyində belə bir qurum olmayıb: 

"Nazirliyin tabeliyində olmayan bir qurum ondan necə alına bilər?

Bakı Beynəlxalq Avtovağzalı heç bir zaman keçmiş Nəqliyyat Nazirliyinin tabeliyində olmayıb. Buna görə də Nəqliyyat,  Rabitə və Yüksək Texnologiyalar Nazirliyin də strukturuna və tabeli qurumları sırasına daxil edilməyib”.

Oxşar Xəbərlər

Xəbər lenti

{sape_links}{sape_article}