Azərbaycanlı milyarder Mübariz Mənsimov gəmiyə Natiq Əliyevin adını verdi

Azərbaycanlı milyarder Mübariz Mənsimov gəmiyə Natiq Əliyevin adını verdi

 

"Palmali Şirkətlər Qrupu"nun prezidenti Mübariz Mənsimov yeni nəhəng gəmilərindən birinə Azərbaycanın mərhum energetika naziri Natiq Əliyevin adını verib.
 
"Qafqazinfo"ya daxil olan məlumata görə, gəminin özəlliyi buzları qıraraq rahat üzə bilməsidir. Gəmi Arktika, Norveç, Kanadada  ümumilikdə dünya sularında neft ve neft məhsulları daşıyır. Eyni zamanda 4 növ yük daşıma qabiliyyətinə malikdir. Arktikada buzlarda rahat hərəkət edir. 
 
Mübariz Mənsimov dostu ilə bağlı xatirələrini də bölüşüb: ‘’20 illik dostluğumuz var. Sadiq və vətənə sevgisi ilə yaddaşımda hər zaman qalacaq. "Azərbaycan üçün, ölkəm və xalqım üçün hər şey edərəm" deyərək Azərbaycanı layiqincə dünyada təmsil edirdi.  Bu gəmi də çox özəl bir gəmidir. Buzları belə qıraraq üzən gəmi... Dünya sularında olacaq və dostumun adını okeanlarda tanıdacaq. Natiq Əliyevi yalnız Azərbaycan deyil, bütün Türk dünyası itirdi. Mən isə ən yaxın dostumu..."


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}