Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır
Mərkəzi Bankın faiz qərarı -
Manatın taleyi...
“Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”
Emin Ağalarov və atasından “Crocus” qurbanlarına 100 milyonluq yardım
Prorektorun qətlini sifariş etməkdə təqsirləndirilənlərə ağır cəza istənildi
Kamran Əliyev tutduğu vəzifədən azad edildi
Ombudsman icra başçısını təltif etdi
-Foto
Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir-
İCRA ORQANI HARA BAXIR?
Gülağa Bağırovun 1 milyon manatdan çox pul xərclədiyi
TENDERLƏRİN AQİBƏTİ NECƏ OLUB?
Sabah havanın temperaturu 21 dərəcəyədək artacaq
Parkinq sabotajı: Məmurların pul qazanmaq ehtirası, yoxsa...
“Azərbaycanda varlıların işğal etdikləri torpaqlar var”: Komitə sədrindən AÇIQLAMA -
FOTO
Əvvəlki
Sonrakı
Nardaran və Maştağada əməliyyat
– Müsəlman Birliyi Hərəkatının üzvü saxlanıldı / FOTO
16-03-2024, 14:33
VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ: Artıq üç uşağı olan şəxslər...
14-03-2024, 23:00
Neft bazarında çalxalanma: Bahalaşma Azərbaycan üçün nə vəd edir?
11-03-2024, 15:40
"Azəriqaz" İstehsalat Birliyi sədrinin vəzifəsindən azad olunduğu deyilir
7-03-2024, 19:39
"İstəməzdik ki, Ermənistan da Ukraynanın taleyini yaşasın"
- Rusiya
6-03-2024, 16:45
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
"Cənab Prezident, Siz jurnalistlərlə dostluğa sadiqliyinizi dəfələrlə sübut etmisiniz..." - Əflatun Amaşov
"Bu gün Azərbaycan güclü, istənilən vəzifəni icra etməyə qadir olan orduya malikdir. 2016-cı ilin aprel hadisələri – bu tarixi və şanlı qələbəmiz, ən əsası isə, Sizin, cənab Prezident, qətiyyətli, cəsarətli addımlarınız, prinsipial mövqeyiniz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə əminliyi artırıb".
Mia.az
xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimindəki nitqində deyib.
"Bugünkü hadisənin əhəmiyyəti barədə dolğun fikir yürütmək üçün çox düşündüm. İlk baxışdan asan olmayacağını bilirdim. Ancaq indi, burada 255 jurnalistin, o cümlədən 20 jurnalist ailəsinin gözlərindəki hədsiz minnətdarlığı, ruh yüksəkliyini müşahidə edərkən anlayıram ki, cənab Prezident, Sizin jurnalistlərimizə bəxş etdiyiniz bugünkü sevinci heç bir sözlə ifadə etmək mümkün deyil.
Bəli, peşəsindən asılı olmayaraq hər bir insanın, o cümlədən hər bir jurnalistin mənzil sahibi olması, öz doğma ocağının istisinə sığınması, rahat məkanda yaşayıb-yaratması çox vacibdir. Düşünürəm ki, Bakının bu gözəl guşəsində, belə möhtəşəm binada dövlətimizin başçısının misilsiz hədiyyəsinə layiq görülmüş qələm sahibi fəaliyyətinə verilmiş bu yüksək qiyməti həyatı boyu unutmayacaq.
Cənab Prezident,
Azərbaycan jurnalistlərinə belə böyük, heyrətamiz sevinc hissini yaşatdığınıza görə Sizə dərin minnətdarlığımızı bildirir və mediamıza verdiyiniz yüksək dəyərdən son dərəcədə məmnun olduğumuzu tam səmimi şəkildə ifadə edirik. Biz bilirik ki, beynəlxalq aləmin diqqətini cəlb edən bir çox məsələlərdə olduğu kimi, jurnalistlərin sosial təminatının yaxşılaşdırılması istiqamətində atdığınız addımlar da dünyada ilk təcrübədir.
Möhtərəm cənab Prezident,
Siz jurnalistlərlə dostluğa sadiqliyinizi dəfələrlə sübut etmisiniz. Bu, bizim üçün son dərəcə vacibdir. Ancaq bizim Sizinlə dostluğumuzu şərtləndirən amil təkcə milli jurnalistikamızın inkişafına göstərdiyiniz diqqət və qayğı ilə bağlı deyil. Məlumdur ki, həqiqi jurnalist cəmiyyətin nəbzini tutur, ölkədə və dünyada baş verən hadisələri insanlara çatdırır, onu öz təfəkkürünə və dünyagörüşünə uyğun şəkildə süzgəcdən keçirir, təhlillər aparır. Bəs 25 illik müstəqillik tarixinə malik dövlətimizin keçdiyi inkişaf yolunu qiymətləndirən jurnalist hansı gerçəklikləri görür?
Mən həm Sovet dövrünü, həm müstəqilliyimizin ilk illərini, həm ümummilli lider Heydər Əliyevin, həm də Sizin Azərbaycana rəhbərlik etdiyiniz mərhələləri yaşamış bir qələm sahibi kimi haradan başlayıb hara gəldiyimizi aydın görürəm və həqiqətən bu günümüzün reallığı ilə qürur duyuram.
Azərbaycan dövləti bütün məsələlərə sistemli yanaşır, hər bir konkret sahə ilə bağlı müvafiq dövlət proqramları qəbul olunur və icra edilir. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu 1995-ci il Konstitusiyasında demokratik azadlıqların təsbit olunması və daha sonra 1998-ci ildə senzuranın ləğvi bu yanaşmanın əsasını təşkil edir. Siz ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi media siyasətini yeni dəyərlərlə zənginləşdirdiniz. Bu gün "Azərbaycan Respublikasında Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” kimi fundamental sənədimiz var, mediaya dövlət dəstəyini həyata keçirən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu uğurla fəaliyyət göstərir. Bu dəstəyin, diqqət və qayğının nəticəsidir ki, jurnalistikamız nüfuzlu və aparıcı peşəyə çevrilib, bu sahəyə güclü axın var. Ən əsası, Sizin müəyyən etdiyiniz istiqamətlərə uyğun olaraq, Azərbaycan mediası qarşısında duran ən mühüm vəzifənin həyata keçirilməsi - Azərbaycanın haqq səsinin dünyaya çatdırılması sahəsində ciddi uğurlar əldə etməyə başlayıb.
Ancaq etiraf etməliyəm ki, jurnalistikamızın uğurları Sizin rəhbərliyinizlə ölkəmizin əldə etdiyi nailiyyətlərdən təəssüf ki, xeyli geri qalır. Bu gün Azərbaycanın adı bütün dünyada tanınır və hörmətlə çəkilir. Paytaxtımız Bakı dünyanın ən gözəl şəhərlərindən birinə, mötəbər beynəlxalq tədbirlərin, idman yarışlarının keçirildiyi məkana çevrilib. Magistral, şəhərlərarası, kəndlərarası yollar ən müasir standartlara uyğun yenidən qurulub. Baxın, regionlarımıza nə qədər turist axını var. Çünki Azərbaycanın bölgələri öz müasirliyi, gözəlliyi, zəngin infrastrukturu ilə diqqəti cəlb edir. Ümumdünya iqtisadi böhran illərində belə Azərbaycanda əhalinin sosial tələbatı ən yüksək səviyyədə təmin olundu. İqtisadiyyat dirçəlib, kənd təsərrüfatının inkişaf etdirilməsi sahəsində həyata keçirilən tədbirlər yüz minlərlə insanın işlə təmin olunmasına, məhsul bolluğu yaranmasına və ölkənin ixrac potensialının yüksəlməsinə şərait yaradıb. XXI əsrin layihəsi olan Cənub Qaz Dəhlizi Azərbaycanın enerji strategiyasına yeni nəfəs verib. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub qlobal nəqliyyat dəhlizlərinin yaradılmasında ən fəal ölkələrdən biridir və faktiki olaraq bu layihələrin təkanverici qüvvəsidir.
Bu gün Azərbaycan güclü, istənilən vəzifəni icra etməyə qadir olan orduya malikdir. 2016-cı ilin aprel hadisələri – bu tarixi və şanlı qələbəmiz, ən əsası isə, Sizin, cənab Prezident, qətiyyətli, cəsarətli addımlarınız, prinsipial mövqeyiniz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə əminliyi artırıb.
Dünyada multikulturalizm mərkəzi və tolerantlıq məkanı kimi tanınan ölkəmizdə bütün xalqlar sülh və əmin-amanlıq şəraitində yaşayır, heç bir milli-dini ayrı-seçkilik yoxdur. Bu gün dünyanı cənginə almış qlobal iqtisadi böhrana qarşı Azərbaycanın güclü immuniteti formalaşıb, planetin ayrı-ayrı bölgələrində qarşıdurma, müharibə, müxtəlif kataklizmlər fonunda ölkəmizdə təhlükəsizlik, sabitlik ən yüksək səviyyədə təmin olunub. Azərbaycan jurnalistləri bütün bunları Sizin düzgün, ölçülüb-biçilmiş idarəçiliyinizin nəticəsi kimi qiymətləndirirlər. BMT Təhlükəsizlik Şurasındakı təmsilçilikdən tutmuş əldə edilən hər bir uğurun qayəsini gərgin əməyiniz, misilsiz Vətən sevginiz təşkil edir.
Əlbəttə, qısa bir çıxışda Sizin rəhbərliyinizlə əldə etdiyimiz uğurları sayıb qurtarmaq mümkün deyil. Amma bütün bunlar həm Azərbaycan vətəndaşlarının, həm də dünya ictimaiyyətinin gözündə yeni Azərbaycan obrazını canlandırıb. İnkişaf, müasirlik, sosial ədalət, vətəndaşa diqqət və qayğı, güclü ordu, güclü və nüfuzlu dövlət – budur bu günün Azərbaycanı.
Hesab edirəm ki, ürəyi cəmiyyətin nəbzi ilə vuran hər bir jurnalist bu reallığı görür, onu yüksək qiymətləndirir. Bütün bunlara görədir ki, cənab Prezident, jurnalistlərimiz Sizi özlərinə dost hesab edir və mən əminliklə deyə bilərəm ki, bu, artıq əbədi dostluqdur.
Möhtərəm cənab Prezident,
iki gün sonra Milli Mətbuatımızın yaranmasının 142-ci ildönümünü qeyd edəcəyik. Bu gördüyümüz möhtəşəm binanı həm də peşə bayramı hədiyyəsi kimi qəbul edirik. Jurnalistlərimiz Sizin sayənizdə zəhmətlərinin müstəsna bəhrəsini görürlər. Vətəndaş üçün dövlətinin, Prezidentinin onu qiymətləndirməsindən gözəl yaşantı və qürur ola bilməz. Jurnalistlərimizə bu hissi yaşatdığınıza görə çox sağ olun cənab Prezident. Sizə möhkəm cansağlığı, ölkəmizin çiçəklənməsinə yönəlmiş yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Bir daha təkrar etmək istəyirəm ki, Siz jurnalistlərimizin əbədi dostusunuz. 2017-ci ildə "Jurnalistlərin dostu” mükafatının qalibinin müəyyənləşdirilməsi üçün keçirilmiş sorğunun nəticələri də bunu bir daha təsdiq edir.
Cənab Prezident, icazə verin, Prezident-media dostluğunun simvoluna çevrilmiş "Jurnalistlərin dostu” mükafatını Sizə təqdim edim".
Oxşar Xəbərlər
Əflatun Amaşovun deputat seçilməsi mətbuata nə verəcək - SORĞU
Əflatun Amaşov:“Mənzillər Prezident Administrasiyası tərəfindən müəyyən edilmiş jurnalistlərə veriləcək”
Əflatun Amaşovdan Nardaran olayı ilə bağlı ziyalılara çağırış
Prezident İlham Əliyevə “Jurnalistlərin dostu” mükafatı təqdim edildi
Xəbər lenti
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır
Mərkəzi Bankın faiz qərarı -
Manatın taleyi...
“Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”
31 mart -Azərbaycanlıların Soyqırımı Günü
Putinin fəlakətli son səhvi İŞİD Rusiyaya qarşı müharibəyə başlayır
Emin Ağalarov və atasından “Crocus” qurbanlarına 100 milyonluq yardım
Prorektorun qətlini sifariş etməkdə təqsirləndirilənlərə ağır cəza istənildi
Sumqayıtda uşaq xəstəxanasının həyətində körpə meyiti tapıldı
Ev alanlara ŞAD XƏBƏR: Çıxarış veriləcək -
DETALLAR
Kamran Əliyev tutduğu vəzifədən azad edildi
Ombudsman icra başçısını təltif etdi
-Foto
Bakı metrosunun bir stansiyasında alışma olub -
VİDEO
Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir-
İCRA ORQANI HARA BAXIR?
Azərbaycanda yeraltı təkanlar günü-gündən artır:
Güclü zəlzələ gözlənilirmi?
Gülağa Bağırovun 1 milyon manatdan çox pul xərclədiyi
TENDERLƏRİN AQİBƏTİ NECƏ OLUB?
"Rusiyanın bu ildən salamat çıxa biləcəyinə çox böyük şübhəm var" -
XAQANİ CƏFƏRLİ
Sabah havanın temperaturu 21 dərəcəyədək artacaq
Parkinq sabotajı: Məmurların pul qazanmaq ehtirası, yoxsa...
“Azərbaycanda varlıların işğal etdikləri torpaqlar var”: Komitə sədrindən AÇIQLAMA -
FOTO
3 ay əvvəl hökm oxunan zabitlər azadlığa buraxıldı
Lerikdə baş verən kütləvi zəhərlənmə ilə bağlı
RƏSMİ AÇIQLAMA
Bakıda qəbiristanlıqda çayxana tikmək istəyiblər -
ŞOK GÖRÜNTÜLƏR
Tblisidə parklanma qiymətləri -
ARAŞDIRMA
Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədovdan
XƏBƏR VAR
Bu da Nigar Camalın QARDAŞI -
FOTO
Rubl görün neçəyə oldu -
SON DƏQİQƏ
30 yaşadək olan şəxslərin DİQQƏTİNƏ! -
Müdafiə Nazirliyi ELAN VERDİ VİDEO
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq -
RƏSMİ
SON DƏQİQƏ!
XİN məlumat yaydı
Azərbaycanın quru sərhədləri açılmayacaq
Novruz bayramı Azərbaycan xalqının ən mühüm bayramlarından biridir
Prezident İlham Əliyev: Azərbaycanda separatçılığa birdəfəlik son qoyduq və suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa etdik
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Prezident İlham Əliyevin Xankəndi şəhərində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbriki
Rusiyaya işləməyə gedənlərə yeni QADAĞA
Bakıda liftdən meyit tapıldı
DİN-dən "Narkotələ" əməliyyatı:
157 kq narkotik ələ keçdi, 28 nəfər tutuldu (VİDEO)
Bakının mərkəzində yeni parkinq QİYMƏTLƏRİ: günü 30 manat -
SİYAHI + FOTO
İş adamı ilə Ədliyyə Nazirliyi arasında nə baş verir? -
3 milyonluq kredit mübahisəsi...
TALIBOVUN OĞLU QƏFİL ALİ MƏCLİSDƏ PEYDA OLDU –
Fuad Nəcəfli Rza Talıbovu qapıdan geri qaytarıb
Prezidentin Xankəndi şəhərində xalqa müraciəti ümidverici mesajlarla dolu oldu
Novruz Bayramının Azad Edilmiş Topraqlarda qeyd edilməsinin Simvolik Önəmi
“Krokus”a hücumda sensasion izlər –
Bakıya da mesaj var…
Türkiyədə zəlzələ baş verib
Axtarışda olan 43 nəfər saxlanıldı
Maşınla qəsdən vurulduğunu iddia edən Qarabağ qazisi şikayətinə baxılmadığını deyir... -
VİDEO, FOTO
Tərkibində nikotin var imiş -
Badımcanın faydaları -MAQRAQLI FAKTLAR
"Başıma bir iş gəlsə, Qədir və ətrafı səbəbkardır" -
Türkan sakini şikayətinə baxılmadığını iddia edir
"Binə" Ticarət Mərkəzində baş verən yanğında ağır xəsarət aldı, 6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı -
ŞİKAYƏT
Ərdoğan mayda ABŞ-a səfər edə bilər –
KİV
PRİZMA
31 mart -Azərbaycanlıların Soyqırımı Günü
MÜSAHİBƏ
1
2
3
4
5
6
Vahid Ələkbərovun keçmişi: "O, İdrisin cənazəsi ilə otaqda tək qaldı...."
- "Dedi ki, şalvarım cırıq olduğuna görə qalxıb oynaya bilmədim…”
Qatil əhmədləri elə televiziyaların belə proqramları yetişdirir...
-Müsahibə
Prezident İlham Əliyevin beynəlxalq media nümayəndələrinə verdiyi müsahibə
Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibəsi
Zeynəb Xanlarovadan SƏRT SÖZLƏR:
"Sübut edin ki, demişəm uşaqpulu verilməsin, 50 ildir..." + VİDEO
Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə
TƏHLİL
"Rusiyanın bu ildən salamat çıxa biləcəyinə çox böyük şübhəm var" -
XAQANİ CƏFƏRLİ
SOSİAL
1
2
3
4
5
6
Ev alanlara ŞAD XƏBƏR: Çıxarış veriləcək -
DETALLAR
Azərbaycanda yeraltı təkanlar günü-gündən artır:
Güclü zəlzələ gözlənilirmi?
Bu da Nigar Camalın QARDAŞI -
FOTO
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq -
RƏSMİ
Bakının mərkəzində yeni parkinq QİYMƏTLƏRİ: günü 30 manat -
SİYAHI + FOTO
Tərkibində nikotin var imiş -
Badımcanın faydaları -MAQRAQLI FAKTLAR
{sape_links}{sape_article}