Kliniki Tibbi Mərkəz:“Ağlagəlməz məhsullardan zəhərlənmələr olur”

 Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə (KTM) stasionar müalicə üçün bu il yanvarın 1-dən iyulun 1-dək 71 nəfər qida zəhərlənməsi, 395 nəfər kəskin mədə bağırsaq iltihabı diaqnozu ilə daxil edilib.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin Mədə-bağırsaq şöbəsinin müdiri, Bakı şəhərinin baş infeksionisti Gülnarə Babayeva deyib. Şöbə müdiri əlavə edib ki, KTM-ə stasionar müalicə üçün bu il yanvarın 1-dən iyulun 1-dək 71 nəfər qida zəhərlənməsi, 395 nəfər kəskin mədə bağırsaq iltihabı diaqnozu ilə daxil edilib. Həmin şəxslərin 430-u rayon sakinləri, 36-sı Bakı sakinidir. Müraciət edənlər daha çox 20-45 yaşlılar olub.

G.Babayeva deyib ki, KTM-ə 13 nəfər botulizm diaqnozu ilə daxil olub. Bu rəqəmlər ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb. Baş infeksionist deyib ki, son 3 ildə qarpızla zəhərlənmələr qış aylarında da olur: "Qarpız soyuducuda çox saxlanılmamalıdır. İmkan varsa, qarpız ümumiyyətlə kəsilmiş halda saxlanılmasın. Ağlagəlməz məhsullardan da zəhərlənmələr olur. Bəzən kiflənmiş qatıqdan, lavaş, pendirdən də olur".



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}