“Turan” agentliyinin son durumu - MEHMAN ƏLİYEVDƏN AÇIQLAMA

“Turan” agentliyinin son durumu - MEHMAN ƏLİYEVDƏN AÇIQLAMA

 

Xəbər verildiyi kimi Vergilər Nazirliyi "Turan” agentliyini vergidən yayınmaqda ittiham edir. Bununla bağlı avqustun 7-də cinayət işi qaldırılıb. Ertəsi gün agentliyin fəaliyyətinə dair kameral vergi yoxlaması başlayıb.

Vergi nümayəndələri 2014-2016-cı illərdə 37 min manat məbləğində vergidən yayınmanın olduğunu bildirir. Lakin agentlik bunu qəti şəkildə inkar edir, cinayət işini qanunsuz və sifarişli hesab edir.

Sozcu.info  xəbər verir ki, "Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev Modern.az-a açıqlamasında istintaqın davam etdiyini bildirib:

"Hələki vergi orqanları sənədlərlə tanış olur. Sentyabrın 29-na qədər bununla bağlı qərar verilməlidir. Ancaq qərarın tez və ya gec çıxarılması ilə bağlı məlumatım yoxdur.

Düzdür, biz vergi orqanının bu hərəkətləri ilə razı deyilik. Bu səbəbdən onları məhkəməyə vermişik. Bu məsələdə ciddi qanun pozuntusu var və ona görə mütləq məhkəmədə qarşıqlıqlı görüşməliyik.

Lakin məhkəmənin vaxtı hələki təyin olunmayıb. Məhkəmə 15 gün ərzində təyin edilməlidir. Amma düşünürəm ki, bu, sentyabrın axırına mümkün olacaq”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}