Ali məktəblərin boş qalan yerlərinə qəbul olan abituriyentlərin siyahısı dərc olunub

 

Dövlət İmtahan Mərkəzi (DİM) "Abituriyent” jurnalının 9-cu nömrəsini nəşr edib. 

DİM-dən "Report"a verilən məlumata görə, jurnalda 2017/2018-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olmuş abituriyentlərin siyahısı, müsabiqə nəticəsində ixtisasların həm ödənişli əsaslarla olan yerləri, həm də dövlət sifarişli yerləri üzrə formalaşmış keçid balları Azərbaycan və rus dillərində təqdim olunub.

Jurnalı Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanlarında yerləşən "Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və yawww.abiturient.az saytından sifariş etmək olar.

Jurnalın elektron versiyasını (pdf formatında) DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}