Yavər Nəsirov: Prezidentin əmr və göstərişlərinə, xəbərdarlıq və tövsiyələrinə əməl etməyən şəxs hakimiyyətdə təmsil olunmamalıdır

 

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə DövlətKomitəsinin sədri Əli Həsənovun istefası məsələsini gündəmə gətirən Ağdamlı ictimai fəal Yavər Nəsirov özünün facebook səhifəsindən Azərbaycan Ağsaqqallar Şurasının sədri,  Milli Məclisinin deputatı cənab Fəttah Heydərova müraciət edib.

Müraciəti olduğu kimi dərc edirik:

Hörmətli Fəttah müəllim!

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin avtoxuliqanlıq nəticəsində iki nəfərin ölmünə, iki nəfərin ağır yaralanmasına səbəb olması ölkə ictimaiyyətini sarsıtdı.

Bu hadisənin Azərbaycan cəmiyyətini sarsıtmasının əsas səbəbi dəhşətli qəzanın təsadüfi qəza deyil, məmur övladının harınlığının nəticəsi olması idi.

Baxmayaraq ki, Prezident İlham Əliyevin dəfələrlə məmurlara övladlarına nəzarət etməklə bağlı kəskin xəbərdarlıqlar edib, ancaq indi belə görünür ki ölkənin ən yüksək vəzifəli şəxslərindən birinin, Baş nazirin müavinin nəvəsi bu xəbərdarlıqdan heç bir nəticə çıxarmayıb.

Əlbətdə, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun bu qəza ilə bağlı hüquqi məsuliyyət daşımadığı məlum olsa da, onun mənəvi məsuliyyəti inkar edilməzdir. Məhz buna görə də, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun istefaya göndərilməsi xahişi ilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyeva müraciət etdik.

Bir qrup Ağdam rayon sakinin etdiyi bu müraciət ərazisi işğal olunmuş rayonların ayrı-ayrı sakinləri tərəfindən də dəstəkləndi.

Hörmətli Fəttah müllim!

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun istefaya göndərilməsi xahişi ilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyeva müraciət etdikdən sonra bəzi rayonların Ağsaqqallar Şurasının adından Ə.Həsənovun müdafiəsi ilə bağlı müraciətlər yayıldı.

Sizə müraciətimizin də səbəbi bəzi rayonların Ağsaqqallar Şurasının adından Ə.Həsənovun müdafiəsi ilə bağlı yayılan müraciətlərdir. Həmin müraciətlərdən belə qənaətə gəlmək olur ki, bəzi rayonların Ağsaqqallar Şurasının müraciətlərindən belə qənaətə gəlmək olar ki, onlar Prezidnt İlham Əliyevin ölkə ictimaiyyəti qarşısında dəfələrlə etdiyi mövqeyi deyil, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun maraqlarını müdafiə edirlər. Hətta belə iddialar irəli sürülür ki, guya "Bu cür yazılar uzun illərdən bəri Ulu öndər Heydər Əliyevin və ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların sosial-iqtisadi problemlərinin həlli üzrə həyata keçirdiyi  genişmiqyaslı işlərə kölgə salmağa, ictimai sabitliyi pozmağa, məcburi köçkünlər arasında  narazılıq yaratmağa xidmət edən çirkin əməllərdir”.

Şuşa, Laçın, Qubadlı və Ağdam rayonlarının Ağsaqqallar Şurasının adından yayılan bu müraciətlərdə bizim Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyeva müraciətimizin təhrif olunmasına cəhdlə yanaşı, məcburi köçkünlərin problemlərinin həlli istiqamətində görülən işləri yanlış olaraq Əli Həsənovun adı ilə bağlamağa cəhdlər edilir.

Hörmətli Fəttah müəllim!

Siz Azərbaycanın ən nüfuzlu ailələrindən birinin başçısısınız. Sizin də nəvələriniz var. Azərbaycan cəmiyyəti Sizin nəvələrinizin ölkəmizin beynəlxalq aləmdə təbliğatçısı, qabaqcıl təhsil müəssisələrinin yaradıcısı, idman klublarının dəstəkçisi kimi tanıyır və buna görə Sizin ailənin adı hörmətlə çəkilir. Bu günə kimi bir dəfə də olsun Sizin nəvələrinizin adı ilə bağlı cəmiyyəti narahat edəcək bir xəbər yayılmayıb. Heç şübhəsiz bu ilk öncə Siizin və ailə üzvülərinizin Prezident İlham Əliyevin məmur övladları ilə bağlı xəbərdarlıqlarına hörmətlə yanaşmağınızın nəticəsidir. Hesab edirəm ki, bu hər bir yükəsk vəzifəli şəxsin və məmurun borcudur. Prezidentin əmr və göstərişlərinə, xəbərdarlıq və tövsiyələrinə əməl etməyən şəxs hakimiyyətdə təmsil olunmamalıdır. Bu bizim prinsipial mövqeyimizdir.

Əgər, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin Siizn nəvələriniz kimi yaxşı əməllərlə deyil, Prezident İlham Əliyevin xəbərdarlıqlarına məhəl qoymamasının nəticəsi olaraq baş verən dəhşətli qəzaya səbəb olursa və biz buna görə Əli Həsənovun mənəvi məsuliyyət məsələsini qoyuruqsa, burada hansı çirkin əməl var?

Axı, bəzi rayon Ağsaqqallar Şurasının adından yayılan müraciətdlərdə bizim Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyeva müraciətimiz nədən "Ulu öndər Heydər Əliyevin və ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların sosial-iqtisadi problemlərinin həlli üzrə həyata keçirdiyi  genişmiqyaslı işlərə kölgə salmağa, ictimai sabitliyi pozmağa, məcburi köçkünlər arasında  narazılıq yaratmağa xidmət edən” çirkin əməllərdir” kimi qiymətləndirilir?

Xatırlatmaq istərdim ki, bir neçə il əvvəl İsmayıllı rayonda asayiş bir məmurun övladının harınlığının nəticəsində pozulmuşdu. Nail Allahverdiyev kimilərinin əməlləri nəticəsində gələcəkdə də belə hallar baş verə bilər. Bunun qarşısını almağın ən asan yolu Nail Aalalhverdiyev kimilərinin qanunun bütün sərtliyi ilə cəzalandırılması, onların hamilərini tutduqları vəzifələrdən kənarlaşdırmaqdan ibarətdir.

Hörmətli Fəttah müəllim!

Sizə müraciət edərək aşağıdakı məsələlərlə bağlı mövqeyinizi bilmək istərdik.

Prezident İlham Əliyevin dəfələrlə ölkə ictimaiyyəti qarşsıında səsləndirdiyi mövqeni deyil, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun maraqlarını müdafiə edən bəzi rayonların Ağsaqallar Şurasının mövqeyi doğrudurmu?

İkincisi, nəvəsi Nail Allahverdiyevin iki nəfərin ölümü və iki nəfərin ağır yaralanmasına bais olmasına görə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov mənəvi məsuliyyət daşıyırmı?

Prezidentin əmr və göstərişlərinə, xəbərdarlıq və tövsiyələrinə əməl etməyən şəxs hakimiyyətdə təmsil oluna bilərmi?

Prezidentin əmr və göstərişlərinə, xəbərdarlıq və tövsiyələrinə əməl etməyən şəxsin istefaya göndərilməsi xahişi ilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyeva müraciət etməkdə qəbahətli nə var?

Həmişə doğrunu deməkdən və Prezident İlham Əliyevin siyasətini dəstəkləməkdən bir an da olsun geri çəkilməyən ictimai-siyasi xadim, ziyalı və ölkənin nüfuzlu ağsaqqallarından biri olaraq bu müraciətimi cavabsız qoymacağınıza inanıram.

 

 

Dərin hörmətlə, Yavər Nəsirov

Ağdam rayonu, Əfətli kəndi

04 sentyabr 2017-ci il



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}