Polis mayoru məcburi köçkünü döyüb

 


Hadisə Sabunçu rayonun "sovxoz Ramanı” deyilən ərazidə baş verib. Binəqədi rayon Polis İdarəsinin əməkdaşı, polis mayoru İsmayılov Nəsimi Teyyub oğlu Laçın rayondan məcburi köçkün, Sabunçu rayonun "sovxoz Ramanı” deyilən ərazidə məskunlaşmış Həsənov Cavid Abbas oğlunu möhkəm döyərək ona ağır bədən xəsarətləri yetirib. Hadisə sentyabrın 3-də axşam saatlarında, təxminən saat 21-dən sonra baş verib.

Cavid Həsənov hadisədən sonra yaxınları tərəfindən 5 nömrəli Şəhər Klinik Xəstəxana aparılıb. Burada ona ilkin tibbi yardım edildikdən sonra zərərçəkmiş akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə göndərilib.Burada məlum olub ki, Cavid Həsənovun yeganə sağ gözü də ağır xəsarət alıb və görmə qabiliyyətini qismən itirib. Həkimlər vəziyyəti nəzarət altına almağa çalışırlar ki, Cavid Həsənov görmə qabiliyyətini tam itirməsin.

Hadisəni törədən polis mayoru Nəsimi İsmayılov isə bununla kifayətlənməyərək zərərçəkinin qardaşı ikinci qrup Qarabağ əlilli Cabir Həsənovu təhqir edib, Cavid Həsənovun başına gələnlərlə bağlı şikayət edəəckləri halda onu öldürməklə təhdid edib. Bu barədə əməkdaşımıza ikinci qrup Qarabağ əlilli olan Cabir Həsənov məlumat verib. C.Həsənov Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğunun qaynar xəttinə şikayət etdiklərini də iddia edir. Məlumatla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. Həsənov Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğunun hadisə ilə bağlı mövqeyini öyrənməyə çalışacağıq.

"Yeni Sözçü qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}