PREZİDENT MEHMAN ƏLİYEVLƏ BAĞLI GÖSTƏRİŞ VERDİ! – Məhkəmə qərar verəcək

 

Turan agentliyinin hazırda həbsdə olan direktoru Mehman Əliyev həbsi ilə bağlı Prezident İlham Əliyevə müraciət edib. Bu barədə Haqqın.az saytı xəbər verib.

Saytın iddiasına görə, İlham Əliyev Qazaxıstandan qayıdandan dərhal sonra bu barədə ona məlumat verilib.

Prezident bu müraciətə dərhal ciddi reaksiya verib və prokurorluq-məhkəmə orqanlarına tövsiyyə edib ki, Mehman Əliyevlə bağlı qərara yenidən baxsınlar.

Xatırladaq ki, bu gün Apellyasiya Məhkəməsində Mehman Əliyevin şikayətinə baxılacaq. Əminliklə bildirmək olar ki, Prezidentin sözügedən göstərişindən sonra Apellyasiya Məhkəməsi Mehman Əliyevlə bağlı qərarı bu gün dəyişəcək və o, sərbəst buraxılacaq.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}