Ukraynanın Baş naziri:“Saakaşvilinin sərhədi zorla keçməsi dövlətçiliyə qarşı hücumdur”

Ukraynanın Baş naziri:“Saakaşvilinin sərhədi  zorla keçməsi dövlətçiliyə qarşı hücumdur”

 

Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin Ukrayna sərhədini zorla keçməsi dövlətçiliyə qarşı hücumdur.

Trend-in məlumatına görə, bunu Ukraynanın Baş naziri Vladimir Qroysman "Facebook” səhifəsində yazıb. Onun sözlərinə görə, Ukrayna sərhədini zorakılıqla keçməyə çalışan şəxslər məsuliyyətə cəlb olunmalıdır.

Qeyd edək ki, Ukrayna vətəndaşlığından məhrum edilmiş M.Saakaşvili sentyabrın 10-u Polşadan qatarla Ukraynaya keçməyə çalışıb. Sərhədçilər onun qarşısını almağa çalışarkən o, yaxın adamları ilə birgə səddi yararaq Ukrayna ərazisinə daxil olub.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}