Bir alimin 65 illik ömür yolu


 

 

Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, kimya elmləri doktoru,  Neft-Kimya Prosesləri İnstitutunun direktoru, Təhsil Nazirliyi Elmi Metodik Şurasının kimya bölməsinin sədri, Dərslikləri Qiymətləndirmə Şurasının üzvü, Prezident yanında Ali Attestasiya Komissiyasının kimya üzrə Ekspert Şurasının sədr müavini, BDU-nun neft kimyası kafedrasının professoru, TQDK-da kimya üzrə Ekspert Şurası və seminarın sədri, məktəblilərin kimya olimpiadasının münsiflər heyətinin sədri, Korroziyadan Müdafiə Cəmiyyətinin vitse-prezidenti, "Neft kimyası və neft emalı prosesləri” jurnalının baş redaktorunun müavini, "Kimya məktəbdə” jurnalının baş redaktoru Vaqif Abbasovun 65 illik həyat yolu bu vəzifə titullardan ibarət deyil. Akademik Vaqif Abbasov 13 monoqrafiya, 20 dərslik, 18 dərs vəsaiti ilə yanaşı minə yaxın çap olunmuş elmi əsərin müəllifidir. Bu statistik məlumatlar bəzilərinə quru rəqəmlər kimi görünə bilər. Amma bütün bunlar böyük zəhmətin, gərgin əməyin nəticəsidir.Azərbaycan elminin görkəmli nümayəndələrindən olan Vaqif Abbasov elm aləmində  yorulmadan çalışan, bu yoldakı çəkdiyi zəhmətdənşərəf və xoşbəxtlik duyan alimlərdəndir.

65 illik ömürdə bu qədər nailiyyətlərə nail olmanın  səbəbi də budur. Vaqif Abbasovun elmi nailiyyətlərinin əsas üstnülüyü kimya yeniliklərin əldə etməsi,  Azərbaycanın neft-kimya sənayesinə daha böyük tövhələr verməsidir. Akademik Vaqif Abbasovun elmi nəticələri və ixtiraları yüksək dövlət  mükafatları ilə layiqincə qiymətləndirilib.  Onun sinəsini Azərbaycanın ən ali mükafatlarından olan "Şöhrət” ordeni,  "SSRİ-nin qabaqcıl ixtiraçısı” döş nişanı  və s. Təltiflər bəzəyir. Bunların arasında Avropanın elmi qurumlarının, İslam ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatının mükafatları da var.

Amma bu mükafatlardan daha yüksək   mükafat da var. Bu da akademik Vaqif Abbasova olan xalq sevgisidir.

"Yeni Sözçü” qəzeti akademik Vaqif Abbasovun anadan olmasının 65 illiyi münasibəti ilə ona ünvanlanan təbriklərə qoşulur, professora  uzun ömür, can sağlığı və gələcək fəaliyyətində böyük elimi nailiyyətlər arzulayır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}