İranda güclü zəlzələ: Yüzlərlə ölən var - FOTO + YENİLƏNİB

İranda güclü zəlzələ: Yüzlərlə ölən var -  FOTO + YENİLƏNİB

 


 

İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 445-ə çatıb. 

Sozcu.info  TASS-a istinadən məlumat verir ki, yaralıların sayı yeddi mini keçib.

21:01

İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 407-ə çatıb.

Sozcu.info  İRNA agentliyinə istinadən xəbər verir ki, yaralıların sayı 6700 nəfəri keçib.

16:23

İranda baş verən zəlzələ nəticəsində 370-dən artıq insan həyatını itirib.

Sozcu.info  məlumat verir ki, bu barədə İranın İRİB agentliyi xəbər verir.

Təbii fəlakət nəticəsində təqribən 6000 nəfər xəsarət alıb.

***

12:39

Ötən gün axşam saatlarında İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranda ölənlərin sayı 328 nəfərə çatıb.

Sozcu.info-nun  məlumatına görə, təbii fəlakət nəticəsində təqribən 2500 nəfər xəsarət alıb.

***

09:48

İranda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 200 nəfərə çatıb.

Məlumata əsasən, bu barədə İran telekanalı "Press TV" xəbər verir.

***

09:28

İran-İraq sərhədində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 164 nəfərə çatıb.

Bu barədə İran telekanalı "Press TV" xəbər verir.

***

09:00

İranın qərb bölgəsində zəlzələ nəticəsində 70 min insan evsiz qalıb.

Sozcu.info APA-ya istinadən xəbər verir ki, bu barədə RİA Novosti agentliyinə yerli Qızıl Aypara Cəmiyyətindəki mənbə bildirib.

"Hazırda 70 min nəfərin müvəqqəti sığınacağa ehtiyacı var. Bu rəqəmin yaxın müddətdə artacağı istisna deyil”, - deyə mənbə bildirib.

İran dövlət televiziyasının xəbərinə görə, ölkə prezidenti Həsən Ruhani Daxili İşlər Nazirliyinə zərərçəkənlərə bütün zəruri yardımların göstərilməsi üçün təcili tədbirlər görməyi tapşırıb.

***

08:39

İranda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 141 nəfərə çatıb.

Sozcu.info məlumatına görə, bu barədə "Fars” agentliyi xəbər verib. Bundan əvvəl 129 nəfərin öldüyü, 1000-dən çox insanın yaralandığı bildirilirdi.

İraq ərazisində 6 nəfər təbii fəlakətin qurbanı olub. Ötən axşam İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Kermanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib. Güclü zəlzələdən sonra bölgədə 10-dan çox təkrar yeraltı təkanlar qeydə alınıb.

 




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}